Prezident İlham Əliyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektorunun təyin edilməsi haqqında sərəncam imzalayıb.
“XALQ.AZ -ın məlumatına görə, sərəncama əsasən Ceyran Emin qızı Mahmudova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edilib.
Qeyd edək ki, C. Mahmudova Azərbaycanın xalq artisti, mərhum bəstəkar Emin Sabitoğlunun qızıdır.