Prezidentdən yeni təyinat-Rövşən Nəcəf kimdir

Prezident İlham Əliyev Rövşən Nəcəfin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
XALQ.AZ  xəbər verir ki, Sərəncamla Rövşən Çingiz oğlu Nəcəf Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri təyin edilib.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Qeyd edək ki, Prezidentin Sərəncamı ilə Prezident Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri təyin edilən Rövşən Nəcəf Azərbaycan İnvestisiya Şirkətinin İcraçı Direktoru vəzifəsində çalışıb.

Comments are closed.