Prezidenti təbrik etdilər

 

prez

XALQ.AZ  İnformasiya Agentliyinin  əməkdaşları  bolgələrdə yerli əhali ilə görüşlər keçirib və ölkə başçısı İlham Əliyevin bölgələrin inkişafı üçün gördüyü  işlərdən danışıblar.

 

Bölgələrdə sadə vətəndaşlar prezident İlham Əliyevin doğum günü təbriklərini XALQ.AZ-a bildirdilər.

 

Ağdaş rayonu;

 

Hacıbalaeva Şəhla

Hamımızın sevimlisi cənab prezidentimiz Ilham Əliyev televizor ekranlarında görəndə fəxr hissi keçiririk,çünki ölkəmiz inkişaf edir.Bütün dövlətlərdə prezident İlham Əliyevin siyasəti ilə razılaşırlar,diğər dövlət başçılarıda bilirlər ki, prezident İlham Əliyev doğru siyasə yürüdür. Onu həyata keçirdiyi bütün layihələr ugurla nəticələnir. Möhtərəm prezidentimiz İlham Əliyevi təbrik edirəm, möhkəm can sağlığı arzulayıram. Biz hər zaman prezidentimizin yanındayıq.

 

 

Tural Səfərov

Umummilli liderimiz Heydər Əliyevin siyasətini uğurla davam etdirən prezidentimiz İlham Əliyev gənclərə göstərdiyi diqqət və qayğı sadalamaqla bitməz. Biz gənclər xaricdə təhsil almağımızı təmin edən ölkə başçımızın hər zaman öz nəzarətində saxlayıb. Bu gün hətta Avropa  ölkələrinin  gəncləri bu qədər diqqət və qayğı ilə əhatə olunmayıb. Biz prezidentimizın yanındayıq. Təbrik edirəm.

 

 

 

Gülər Şövkətli

Mənə müsahibə almaq istədiyiniz bildirində mən çox həyacanlandım, lakin cənab prezidenimizin doğum günü ilə bağlı sual verdikdə mən çox sevindim ki,mənim də fürsətim oldu möhtərəm prezidentimizi təbrik edib ona can sağlığı arzulayım, Bu gün paytaxtımız,bölğələrimiz prezidentimizin apardığı siyasət nəticəsində inkişaf edir.  Bir daha təbrik edirəm Biz sizinləyik, cənab prezident!

 

 

 

Ayşən Xəlilova

Televiya kanallarından diğər ölkələrin xəbərlərinə baxanda görürük hər gün müxtəlif hadisələr baş verir, dinc sakinlərə qarşı güc srukturları  zor tətbiq edirlər. Lakin bu hallar bizdə yoxdur. Bizim ölkəmizdə əminamanlıqdır. Bu sabitliyi cənab prezidentimiz yaradıb. Biz inkişaf etmiş ölkələrlə əməkdaşlıq edirik bu da ölkə başçımızın yürütdüyü siyasət nəticəsidir. Təbrik edirik,cənab prezidentimizi. Biz hər zaman Sizinləyik.

 

Tariyel Günəşov

Hörmətli prezidenimiz ulu öndərimiz Heydər Əliyevin ideayaların yaşadır, təbliğ edir. Mən bir təhsil işçisi kimi bildirərəm ki, ölkə başçımızın ziyalılarımıza verdiyi qiymət, və cəmiyyətdə ziyalılarımızın rolunun artması gələcək nəsillərimizn tərbiyəsinə bir örnəkdir. Son hadisələr zamanı ordumuzun göstərdiyi sücayət gənclərimizin ölkə başçısına inamını bir daha təsdiq etdi. Məndə bütün təbriklərə qoşuluram və yaşa prezidentimiz deyirəm. Biz ziyalılar sizinləyik.

 

Rafiq Nəbiyev

Allah Ulu öndərimizə rəhmət elesin, O çox uzaqgörən, Azərbaycanımızı düşünən bir lider kimi bildirmişdir ki mən özüm qədər  İlham Əliyevə inanıram və əminəm ki,mənim başa çatdıra bilmədiyim işləri İlham Əliyev görəcək.Prezidentimiz İlham Əliyevdə özünü doğrultdu. Bir necə dəfə cənab prezident Ağdaşda olub. O ilk dəfə rayonumuza prezident kimi səfər edəndə rayon ağ saqqaları onu cay süfrəsinə dəvət etdi. Bizim dəvətimizi qəbul etdi və bir necə saat bizimlə səmimi söhbət etdi. Bizim  problemlərimizlə maraqlandı. Hətta öz proqramındada dəyişiklik edildi.Biz razıyıq cənab prezidentimizdən. Bir neçə məqamı bildirim sizə biz heç vaxt düşünməzdik ki, BMT üzv olacayıq,peykimiz olacaq,dünyada sabit ölkə oalacayıq. Bütün bunlar cənab prezidentimizin apardığı siyasətin nəticəsidir. Biz 1941-1945-ci həmçinin 1988-1992-ci illəridə  görmüşük. Hal hazırda 2016-cı ildir inşallah prezidentimiz diplomatik fəaliyyəti nəticəsində Qarabağımızda erməni işğalılarında azad olunacaq. Biz buna inanırıq. Arzularım çoxdur,Allah prezidentimiz qorusun. Təbrik edirik, biz sizinləyik.

 

 

Qalib Həsənov

Bu gün cənab prezidentin təbrik edənlər çoxdur bizdə bu təbriklərə qoşuluruq. Bu il dünyada tələtümli il oldu, lakin ölkəmizin sabitliyi qorunub saxlanıldı Bu Umummilli liderimiz Heydər Əliyevin ideyaları ilə cənab prezidentimiz İlham Əliyev tərəfindən  idarə olunan srategiyanın nəticəsidir. Bu gün YAP-sı rəhbərimiz  tərəfindən ugurla davam idarə olunur. Partiyamıza günü-gündən üzvləri artır bu da cənab prezidentimiə inamın etmadın nəticəsidir. Təbrik edirik prezidentimizi, biz Sizin hər bir qərarınızı dərhal icra etməyə hazırıq.

 

 

 

 

Qazax rayonu;

 

 

 

Axundov Elçin

 

Prezidentmizin gənclərə göstərdiyi diqqət və qayğı nəticəsində bu gün sağlam gənclik yetişib. Biz gənclər hər zaman prezidentimizin yanındayıq. Təbrik edirik doğum gününü.

 

 

 

Namazov Asim

 

Ölkə başçımızın yürütdüyü siyasət nəticəsidir ki, bu gün Qazax rayonumuz inkişaf edir, yeni  abadlıq quruculuq işləri aparılır. Hər zaman prezidentimiz Qazaxa gələndə biz seviniri yerli əhali ilə görüşü və qayğıları problemləri ilə maraqlalanır.  Təbrik edirik prezidentimizi ,biz Sizinləyik.

 

 

 

Əsgərova Gülüşə

 

Prezidentimiz xarici səfərlərində onu diqqətlə izləyirəm o beynəlxalq tədbirlərdə çıxış edərkən hər zaman Qarabağ prolemindən söz açır. Möhtərəm prezidentimizin qətiyyətli siyasəti nəticəsində işağal olunmuş torpaqlarımız düşmən tapdağında azad olunacaq biz buna inanırıq, o gün yaxındadır. Ölkə başçımızı təbrik edirəm, ona möhkəm can sağllığı arzulayıram.

 

Musayev Səfərəli

 

Bu qün Azərbaycanımız dünyada tanınır, Müxtəlif Beynəlxalq tədbirlər Bakıda keçirilir. Bu cənab prezidentimizn yürütdüyü siyasətin nəticəsidir. Biz Sizinləyik, cənab prezident. Məndə təbriklərə qoşuluram. Arzu edirəm ki, prezidentimiz hər zaman sağlam olsun.

 

 

Rzayeva Fatimə

 

Mən bir gənc kimi bildirə bilərəm ki, prezidentimizin apardığı siyasət  xalqımızın rifahına hesablanıb.  Bu gün ölkədə sabitlikdir. Biz gənclər yüksək təhsil lamağımız üçün hər cür şərait yaradılıb. Biz prezidentimizi bəyənirik, dəstəkləyirik. Təbrik edirik, doğum gününüz mübarək.

 

 

Nəbiyev Vuqar

 

Biz ölkə başçısmızın apardığı gənclər siyasəti  bəyənirik. Prezidentimiz İlham Əliyev Ulu öndərimiz Heydər Əliyevin ideyalarının davamçısı kimi ölkə gəncliyinə qayğısı və diqqəti ən yüksək səviyyədədir. Ölkədə aparılan ciddi islahatlar vətəndaşlarımızın sosial təminatı, idmana , mədəniyətə, elmə göstərilən qayğı hər zaman hiss olunur. Bu gün dünya arenalarında bayrağımızın yüksəlməsi himnimizin səslənməsi əsas prezident İlham Əliyevin gəncliyə olan diqqət və qayğısının nəticəsidir. Bu gün Qazax rayon gənclərı müxtəlif beynəlxalq turnirlərdə layiqincə iştirak edir müvəffəqiyyətlər  qazanırlar bu prezidentimizin  qayğısı nəticəsindədir.  Ölkə başçımız gənclərə inanır. Biz Sizinləyik cənab prezident. Doğum günü münasibəti ilə Qazax gəncləri adında Sizi təbrik edir, can sağlığı uzun ömür arzulayıram.

 

Kamil Musayev

 

Bizim Ali Baş Komandanımız!  Ulu öndərimiz Heydər Əliyevin  yaratdığı qurduğu Azərbaycan güdrətli ordusunu Ali Baş Komandanımız daha da gücləndirib və sarsılmaz edib. Aprel döyüşlərində ordumuzun prezidentə inamı nəticəsində torpaqlarımızın müyyən qismi işğaldan azad olundu.  Prezidentimiz sülh yolu ilə torpaqlarımızı azad edəcəyinə inanırıq. Müxtəlif beynəlxalq tədbirlərdə prezidentimizin qətiyyətli çıxışlarını izləyirəm. Möhtərəm prezidentimiz İlham Əliyevin uzaqgörənliyi və qətiyyətli siyasəti  nəticəsində yaxın zamanlarda bu həyata keçəcək və biz öz doğma torpalarımızda prezidenti təbrik edəcəyik.

Mən bir ehtiyyatda olan zabit kimi hər zaman Ali Baş Kamandanımızın əmrin gözləyirəm. İnanıram ki, işğal olunmuş torpaqlarımız azad olunacaq. Cənab ALİ Baş Kamandan Sizi doğum gününuz münasibəti ilə təbrik edirəm, Sizə can sağlığı uzun ömür arzulayıram.

 

 

 

Səfərov Orxan

Qazaxda yenidənqurma işləri aparılır. Bu Qazaxa olan prezidentimizin qayğısı nəticəsindədir. Biz gənclər prezidentimizlə gəxr edirik. Hər zaman televiziyadan izlətəndə gərəh hissi keçiririk. Biz Sizinlətik cənab prezident. Doğum gününüzü təbrik edirəm.

 

 

 

Baxış Hüseynov

 

Prezidentimizin yürütdüyü siyasət hər bir vətəndaşın rifahına hesablanıb. Cənab prezident öz nitqində bildirmişdir ki,”Mən hər bir azərbaycanlının prezdenti olacağam” Bu gün həqiqətən belədir. Hər bir sahəyə diqqət və qayğısı  onu gösəririr ki, Ulu öndərimiz Heydər Əliyevin qurduğu yaratdığı Azərbaycan İlham Əliyev tərəfindən inkişaf etdirilir. Beynəxalq yarişlara tədbirlərə Bakı və bolgələrdə olan şəhər və rayonlar ev sahibliyi edir.  .Prezdentimizin qayğısı və diqqəti nəticəsində Qazax rayonu bu gün abadlıq qurucluq işləri davam edir. Biz prezidentimizə inanırıq. Cənab prezident doğum gününz mübarək Sizə möhkəm can sağlığı arzulayırıq.

 

 

 

Kürdəmir rayonu

 

 

Cavid Hüseynov məktəbli

 

Prezident yaxşı işləyir, hər gün xəbərlərdə  baxıram. Prezidetn İlham Əliyev vacib işlər görür, gör necə ildir bizim prezidentdir. Yaxşı işləyir ki, onu işlərinxəbərlərdə görsədirlər. Doğum gününü təbrik edirəm, Universitetə qəbul olanda məktub yazacağam ki prezidentə mənə mükafat versin.

 

 

Ülvi Abbasov

Əziz Prezident, bizə göstərdiyiniz diqqət və qayğıya görə rayon sakinləri adından Sizə dərin minnətdarlığımızı bildiririk. Sizi – ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısını daim dəstəkləyir və hər zaman Sizinlə olduğumuzu bəyan edirik. Doğum günü münasibəti ilə təbrik edirəm, möhkəm can sağlığı və uzun ömür arzulayıram.

 

Mehriban Ağayeva

Cənab prezident Sizin siyasətinizə uyğun olaraq, dövlət orqanlarında vətəndaşların qəbulu çox yüksək səviyyədə icra olunur. Yerli sakinlərin, xüsusilə də aztəminatlı insanların, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin gündəlik qayğılarına həssaslıqla yanaşılır, onların problemləri həll edilir. ​Cənab Prezident, göstərilən köməyə və doğma münasibətə görə Sizə minnətdarlığımızı bildirir, işlərinizdə uğurlar arzulayırıq. Doğum günü münasibəti ilə təbrik edirik.

 

 

Tərtər rayonu ;

 

 

Rövşən Bayramov

Cənab Prezident, bizlər üçün bu şəraiti yaratdığınız üçün Sizə dərin minnətdarlığımızı bildirir, ölkəmizin inkişafı naminə gördüyünüz işlərdə uğurlar arzulayırıq. Doğum gününüz mübarək

 

 

Elşən Əhmədov

Möhtərəm Prezident, mən və ailəm Sizin əmrinizi gözləyir və Vətən, dövlət uğrunda qanımızdan, canımızdan keçməyə hazırıq. Sizin siyasəti dəstəkləyir və Sizin ətrafınızda yumruq kimi birləşmişik. Tərtər  sakinləri Sizi həmişə dəstəkləyib və dəstəkləyəcəklər. Sizi təbrik edirəm can sağlığı arzulayıram.

 

Nadir Əliyev

Əziz Prezidentimiz, məktəblilərə göstərilən qayğıya, bizə yaradılan bu şəraitə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Arzumuz budur ki, torpaqlarımız tezliklə işğaldan azad olunsun. Doğum gününüz mübarək.

Nəsimi Məmmədov

Cənab Prezident, bu yeniliklərə, görülən işlərə görə rayon sakinləri olaraq Sizə dərin minnətdarlığımızı bildirir, ölkəmizin gələcək inkişafı, xalqımızın rifahı naminə apardığınız siyasətdə yeni uğurlar, uzun ömür, möhkəm cansağlığı arzulayırıq. Ulu Tanrı Sizi qorusun!

 

 

Ağdam rayonu

 

Kamil Məmmədov

Biz hamımız Sizi dəstəkləyirik və Sizin əmrinizlə Vətənimiz uğrunda döyüşə getməyə həmişə hazırıq. Qarabağ məsələsini inşallah sülh yolu ilə həll edcəyinizə inanıram. Xalq Sizinlədir, Sizə ən xoş diləklərimizi bildirir, fəaliyyətinizdə daha böyük uğurlar arzulayırıq.Doğum gününz mübarək.

 

 

Yaşar Muradov

Sizin Ağdama hər gəlişiniz bizim üçün toy-bayrama çevrilir. Biz ağdamlılar Sizi həmişə dəstəkləyirik. İnşallah torpaqlarımızı işğaldan azad edəcəksiniz. Biz Sizə inanırıq. Doğum gününz mübarək.

 

Bəylər Paşayev

Sizin apardığınız işlər Ulu Öndərimizin vəsiyyətlərinin, arzularının, başladığı işlərin davamı olaraq Azərbaycanımızın gələcəyi üçündür. Siz Vətənimizi çox sevirsiniz. Bütün bu işlər Vətənimizin yüz il, min il bundan sonra da güclü bir dövlət olması, insanlarımızın isə xoşbəxt yaşaması üçündür. Bunları dərk edirik. Bütün bu gözəl əməllər üçün biz ağdamlılarda  daim Sizin yanınızdayıq və Sizi dəstəkləyirik. Sizə və ailənizə Azərbaycanın uğurlu gələcəyi yolunda yorulmadan apardığınız möhtəşəm işlərdə uğurlar və möhkəm cansağlığı arzulayıram.

 

Ağcabədi rayonu

Azər Ələkbərov

Sentyabrın 26-da keçirilən referendumda Azərbaycan xalqı öz iradəsini ifadə edərək bir daha Sizin apardığınız milli, bəşəri və mütərəqqi siyasətə dəstək vermiş, azad, şəffaf, ədalətli və demokratik şəraitdə keçirilən referendumun müsbət nəticələri beynəlxalq müşahidəçilər tərəfindən də yüksək qiymətləndirilmişdir. Sizin apardığınız siyasət xalqımızın rifahına hesalanıb Doğum gününüzü təbrik edirəm.

 

Babək Bayramov

 

Ağcabədiyə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımızı  bildiririk. Gündən-günə gözəlləşən rayonumuz  göz oxşayır. Bütün bunlar Sizin zəhmətinizin bəhrəsidir. Rayonumuza verdiyiniz yüksək qiymət hamımızı çox sevindirdi. Sizə çox minnətdarıq, cənab Prezident! Allah köməyiniz olsun. Doğum gününz mübarək.

 

Zahir Cəfərov

 

Bizim ailə həmişə Sizi dəstəkləyir. Ömrümüzün axırına kimi də Sizi dəstəkləməyə hazırıq. Siz xarici dövlətlərdə çıxışlar edəndə fəxr hissi duyuram ki, Sizin kimi Ali Baş Komandanımız var. Ailə üzvlərim ümummilli liderimiz Heydər Əliyev cənablarını daim dəstəkləyiblər. Yaşa cənab prezidentimiz. Doğum gününüzü təbrik edirəm

 

İsa Həsənov

Uzun illər xəyallarımızda yaşatdığımız, vaxtilə bizə əlçatmaz görünən arzularımızı reallaşdırırsınız. Belə ki, bu gün ölkəmiz inkişaf edir Sizin rəhbərliyinizlə vətəndaşlarımızın rifahı üçün bütün tədbirlər görülür.  Biz Sizinləyik cənab prezident. Doğum gününüzü təbrik edirəm.

 

 

Bərdə rayonu

Namiq Səmədov

Bu gün ölkəmizdəki iqtisadi inkişaf bizi sevindirir. Bu inkişafı bizimlə yanaşı, xaricdən gələn qonaqlarımız da təsdiqləyir. Xarici qonaqlar Azərbaycan dünyanın ən gözəl ölkəsi  olduğunu vurğulayırlar. Bu, bizi çox sevindirir və bununla fəxr edirik.Cənab Prezident, buna görə Sizə dərin minnətdarlığımızı bildiririk. Tanrı Sizi və ailənizi qorusun! Biz həmişə Sizinləyik!

 

Ramil Bağırov

Cənab Prezident, uzun illər xəyallarımızda yaşatdığımız, vaxtilə bizə əlçatmaz görünən bir arzunu Ulu Öndər reallaşdırdı, müstəqil Azərbaycan dövlətini qurdu. Siz isə onu göz bəbəyi kimi qoruyursunuz. Bu misilsiz xidmətinizə görə Sizə minnətdarlığımızı bildiririk. Əmin olun ki, ölkəmizə qarşı yönəlmiş hər bir təhdid qarşısında sinəmiz alınmaz qala, keçilməsi mümkün olmayan sədd olacaqdır.Doğum gününüzü təbrik ediriəm.

 

Yeganə Şirinova

Gərgin və yorulmaz fəaliyyətiniz, apardığınız ardıcıl və məqsədyönlü siyasətiniz sayəsində xalqımızın rifahı gündən-günə yaxşılaşır. Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, məcburi köçkünlərə göstərdiyiniz diqqət və qayğı, onların sosial-məişət qayğılarının həlli ilə bağlı imzaladığınız çoxsaylı fərman və sərəncamlar biz şəhid analarına olan yüksək qayğı və diqqətinizin bariz nümunəsidir. Biz Sizinliyək cənab prezident Dogum gününüzü təbrik edirəm

 

 

Daşkəsən rayonu

 

Elnur Abdullayev

Cənab Prezident Respublikamızın hər bir bölgəsi kimi, Daşkəsən  rayonuda  Sizin rəhbərliyiniz altında gündən-günə abadlaşır, gözəlləşir. Rayonumuzda tikinti-quruculuq işləri uğurla davam etdirilir. Biz daşkəsənlilər Sizinləyik. Dağum gününüzü təbrik edirəm.

 

Vüsal Rüstəmov

Son illərdə Azərbaycanın həm iqtisadi, həm siyasi sahədə əldə etdiyi çoxsaylı nailiyyətlər Sizin adınızla bağlıdır. Ölkəmiz dünyanın hazırki siyasi və iqtisadi xəritəsində əhəmiyyətli mövqe tutur, inkişaf etmiş nəhəng dövlətlər bizimlə əməkdaşlığa can atır. Bütün bunlar bir vətəndaş olaraq məni həddən artıq qürurlandırır.

Faiq Məmmədov

Cənab Prezident, ölkəmizin və xalqımızın xoşbəxt gələcəyi naminə Sizin yorulmaz fəaliyyətiniz hamımız üçün böyük nümunə və örnəkdir. Sizin xarici səfərlərinizin, dünyanın böyük güc mərkəzlərini təmsil edən həmkarlarınızla, siyasi xadimlərlə Bakıda və səfərdə görüşlərinizin, danışıqlarınızın xronikası göstərir ki, Siz həyatını, varlığını bütünlüklə doğma torpağa, doğma xalqa həsr edən, bir insan, bir rəhbər kimi öz xoşbəxtliyinin mənasını da ölkəsinə və millətinə xidmətdə görən Prezident və böyük şəxsiyyətsiniz.Gördüyünüz bütün işlərə görə Sizə minnətdarıq, cənab Prezident! Biz Sizinlə fəxr edirik, cənab Prezident!Sizə möhkəm cansağlığı, doğma Azərbaycanımızın tərəqqisi naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

 

Əziz Namazov

Möhtərəm Prezident, bir vətəndaş olaraq, dövlətimizin və Sizin qüdrətinizə arxalanır, özümü Vətəndə firavan hiss edirəm. Bizə göstərilən qayğıya görə Sizə minnətdarlığımı bildirir, cansağlığı, çətin və şərəfli işlərinizdə uğurlar diləyir, hər zaman belə qətiyyətli olmağınızı arzulayıram. Doğum gününüzü təbrik edirəm

 

 

 

Salyan rayonu

 

Bayram Babayev

Ədalətli və Vətənə bağlı olduğunuz üçün Azərbaycan xalqı Sizi sevir və dəstəkləyir. Dövlətimizin inkişafı və insanların rifahı naminə gördüyünüz işlər hər kəsdə xoş ovqat yaratmışdır. Vətəndaşlara xidmət göstərən dövlət qurumlarının işinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin müsbət nəticələrini biz gündəlik həyatımızda görürük. Sizin tapşırıq və göstərişləriniz sayəsində ölkəmizdə vətəndaş-məmur münasibətləri yaxşıya doğru inkişaf etməkdədir. Doğum gününüzü təbrik edirəm

 

 

Cəlal Əhmədov

Cənab Prezident, şəhid ailələrinə göstərdiyiniz diqqət və qayğıya, maddi və mənəvi dəstəyə görə şəxsən öz adımdan və ailəmiz adından Sizə dərin minnətdarlığımızı bildirirəm. İnanırıq ki, Sizin rəhbərliyiniz ilə şanlı Ordumuz şəhidlərimizin qisasını alacaq, Dağlıq Qarabağ tezliklə işğaldan azad ediləcək və bütün şəhidlərin ruhu şad olacaqdır. Doğum gününüzü təbrik edirəm. Biz Sizinləyik cənab prezident.

 

 

Nadir Əliyev

Sizin apardığınız uğurlu siyasəti biz daim dəstəkləyirik. Xüsusən vətəndaş-məmur münasibətlərinin son illərdə gündən-günə daha da yaxşılaşdığını aydın görürük. İndi dövlət qurumlarının bir çoxunda vətəndaşlara yüksək səviyyədə şəffaf və rahat xidmət göstərilir. Əlbəttə, bütün bunlar Sizin uğurlu siyasətinizin nəticəsidir.Təbrik edirəm biz Sizinləyik!

 

 

Paşa Kərimov

Ölkəmizdə təhsilə göstərdiyiniz qayğı və diqqət bizi çox sevindirir. Buna görə Sizə dərin minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, bu sahə bundan sonra da daim Sizin diqqət mərkəzinizdə olacaq.Möhtərəm Prezident, biz Sizi hər zaman dəstəkləyir və Sizi yüksək zirvələrdə görməkdən qürur hissi duyuruq. Tərik edirəm

 

 

Lerik rayonu

Asif Əjdərov

 

Sizin yürütdüyünüz uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz beynəlxalq məkanda özünə layiqli yer tutub. Demokratik prinsiplərin qorunması, insan hüquq və azadlıqlarının müdafiəsi dövlətimizin beynəlxalq nüfuzunun artmasına səbəb olub. Respublikamız dinlər və sivilizasiyalar arasında dialoqun mərkəzinə çevrilib. Bu hadisələr hər biri Azəraycanımızın inkişafının göstəricisidir.  Biz Sizinlə fəxr edirik cəanb prezident. Doğum gününüzü təbrik edirəm.

 

Nahid Babayev

Çox hörmətli Prezident, uğurlu xarici siyasətiniz nəticəsində Azərbaycan mühüm beynəlxalq tədbirləri nümunəvi şəkildə təşkil etmək, onların yeni standartlarını müəyyənləşdirmək bacarığını, böyük potensialını bütün dünyaya bir daha təqdim edib. Sizin rəhbərliyinizlə ölkəmiz qitələri birləşdirən nəhəng nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsinə, beynəlxalq humanitar tədbirlərə ev sahibliyi etməklə dünyada sivilizasiyalar və mədəniyyətlər arasında dialoqun inkişafına, multikultural dəyərlərin təşviqinə, sülh və təhlükəsizliyin təmin edilməsinə əməli dəstək göstərir. Qısa müstəqillik tarixinə malik Azərbaycanın qazandığı bu uğurlar hətta dünyanın nəhəng ölkələri üçün nümunə hesab oluna bilər. Etiraf etməliyik ki, bütün bu nailiyyətlər Ulu Öndərin layiqli davamçısı kimi məhz Sizin adınızla bağlıdır.Təbrik edirəm cənab prezident.

 

Cavid Cavadov

Sizin siyasətinizi daim dəstəkləmişəm və bundan sonra da dəstəkləyəcəyəm. Sizin sayənizdə Azərbaycanımız gündən-günə inkişaf edir, çiçəklənir. Respublikamızın bütün regionlarında olduğu kimi, Lerik rayonunda da böyük yenidənqurma və abadlıq işləri aparılır. Hər bir Lerik sakini kimi mən də rayonumuzun gözəlləşməsinə, sevinirəm Cənab Prezident,rayonumuza  göstərdiyiniz qayğı və diqqətə görə Sizə minnətdarlığımı bildirir, uzun ömür, möhkəm cansağlığı arzu edirəm. Leriklilər  Sizinlə fəxr edirlər. Doğum gününüzü təbrik edirəm.

 

Ruslan Bayramov

Azərbaycan vətəndaşlarına gündən-günə artan diqqət və qayğı qəlbimizdə iftixar hissi oyadır. Sosial məsələlər həll edilir, bölgələrdə geniş abadlıq-quruculuq işləri görülür, gələcəyə yönələn irimiqyaslı infrastruktur layihələri həyata keçirilir. Həmçinin fərdi və ictimai xarakterli problemlərimizlə bağlı müraciətlərimizə həssaslıqla yanaşılır, narahatlıq doğuran məsələlər vaxtında aradan qaldırılır. Bu şəraiti Siz yaratmısız. Biz Sizinlətik cənab prezident. Doğum gününüzü təbrik edirəm.

 

 

Scroll to top