Prezidenti təbrik etdi

Monqolustanın Prezidenti Xaltmaaqiyn Battulqa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

XALQ.AZ xəbər verir ki, təbrik mətnində deyilir:

“Zati-aliləri.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Zati-alinizə və Sizin şəxsinizdə bütün Azərbaycan xalqına Monqolustan xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırıram.

Dərin tarixi köklərə malik olan Monqolustan-Azərbaycan münasibətlərinin və əməkdaşlığının genişləndirilməsi üçün Sizinlə birgə işləməyi davam etdirmək əzmindəyəm.

Əminəm ki, hər iki tərəf münasibətləri yeni səviyyəyə yüksəltmək üçün Monqolustan və Azərbaycan arasında bir çox sahələrdə, o cümlədən müdafiə, ticarət, iqtisadiyyat, kənd təsərrüfatı, təhsil və idman sahələrində əlaqələrimizi, eləcə də çoxtərəfli əməkdaşlığımızı inkişaf etdirmək istiqamətində mövcud olan böyük imkanlardan tam faydalanacaq.

Zati-aliləri, Sizə möhkəm cansağlığı arzulayır, dost Azərbaycan xalqına isə firavanlıq və inkişaf diləyirəm”.

 

 

Orxan