Prezidentin əfv sərəncamı minlərlə ailələri sevindirdi

“Son illər ərzində ölkə Prezidenti cəzasını çəkən məhbuslara qarşı humanizm göstərərək minlərlə insana azadlıq bəxş edib. Ötən gün imzalanan sərəncama əsasən də 634 nəfər əfv edilib”.

XALQ.AZ xəbər verir ki, bu fikirləri  sia-ya  açıqlamasında Milli Məclisin deputatı Rauf Əliyev deyib.

Bu cür sərəncamların artıq mühüm ümummilli dövlət bayramları ərəfəsində imzalanmasının ənənə halını aldığını deyən deputat söyləyib ki, bu növbəti əfv sərəncamı 28 May Respublika Günü ərəfəsində məhkumların ailələrinə, yaxınlarına, qohumlarına ikiqat sevinc bəxş edib: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə Prezident İlham Əliyevin Ulu Öndər siyasətinin mərhəmətlilik və humanizm ənənələrinə sadiq qalaraq, cəzadan azad olunacaq şəxslərin cəmiyyətimizə qovuşaraq müstəqil dövlətimizin inkişafı yolunda fəaliyyət göstərəcəklərini nəzərə alaraq imzaladığı növbəti əfv sərəncamı böyük humanist addımdır. Buna görə, Dövlət başçısına dərin minnətdarlıq hisslərimi bildirərək müstəqil Azərbaycan Respublikasının dahada inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində apardığı yorulmaz fəaliyyətində ugurlar arzu edirəm”.

 

 

Orxan