Prezidentin Daxili İşlər Nazirliyi haqqında Sərəncamı

01

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2013-cü il sentyabrın 10-da Astana şəhərində imzalanmış “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi arasında 2014-2016-cı illər üçün qarşılıqlı fəaliyyət haqqında Protokol” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən Protokolun müddəalarının həyata keçirilməsini təmin etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 oktyabr 2013-cü il.