Prezidentin icra başçısını işdən çıxardı

prezident ilham əliyev

Prezident İlham Əliyev Ağdam Rayon İcra Hakimiyyətinin başçısını vəzifəsindən azad edib.

XALQ.AZ -ın məlumatına görə, sərəncamda deyilir:“Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin 2-ci hissəsini rəhbər tutaraq qərara alıram:

Raqub Allahverdi oğlu Məmmədov Ağdam Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin”.