Prezidentin Kəşfiyyat Xidmətinin hərbi qulluqçuları ilə bağlı-Fərmanı

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi barədə” fərman imzalayıb.

XALQ.AZ-ın  məlumatına görə, sərəncamla “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə”, “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri” təsdiq edilib.

Nazirlər Kabinetinə Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması ilə təmin edilməsi normalarını bir ay müddətində müəyyən etmək və bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir