Prezidentin köməkçisi sosial şəbəkə üzvlərinin sayını açıqladı

“Azərbaycanda söz və mətbuat azadlığı təmin olunub. Azərbaycanda istənilən şəxs müvafiq dövlət qurumuna xəbərdarlıq edərək qəzet dərc edə bilər”.

XALQ.AZ xəbər verir ki, bunu Azərbaycan prezidentinin İctimai-syiasi məsələlər üzrə köməkçisi Əli Həsənov Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasında siyasi dialoq və islahatlar mövzusunda çıxış edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanda elektron sayt yaratmaq üçün domen almaq kifayətdir.

Əhalinin 80 faizinin internet istifadəçisi olduğunu deyən Prezidentin köməkçisi söyləyib ki, Azərbaycanda sosial şəbəkə istifadəçilərinin sayı 3 milyon nəfərdən artıqdır. Azərbaycanda 50-dən artıq televiziya və radio kanalı fəaliyyət göstərir. KİV-lərin sayı isə 5 mini ötüb. Bundan əlavə ölkəmizdə 2 min nəfər insanı özündə birləşdirən həmkarlar ittifaqı fəaliyyət göstərir”.

Azərbaycan hökumətinin zəruri hallarda parlamentdə təmsil olunan və olunmayan partiyalarla siyasi dialoq apardığını qeyd edən Ə. Həsənov 20-yə qədər bu cür görüş və debatların keçirildiyini əlavə edib.

 

Elgün