Prezidentin nəvəsinin toyu oldu

Qazaxıstan prezidenti Nursultan Nazarbayev nəvəsinə toy edib.

XALQ.AZ  xəbər verir ki, 18 yaşlı Venera məşhur Çayjunusovlar sülaləsindən olan 22 yaşlı Dalen Çayjunusovla evlənib.

Toy Almatı şəhərindəki “Ritz-Carlton” otelində baş tutub. Mərasimdə rusiyalı müğənni Filipp Kirkorov da iştirak edib.

Qeyd edək ki, Venera ölkədə keçirilən musiqi festivallarından birində mahnı oxuyub, qazax-rus-alman istehsalı olan filmdə epizotik rolda oynayıb.

 



 

 

Orxan