Prezidentin qızı məhkəməyə verəcək

20

 

Gülnarə Kərimova onun əvəzinə saxta Tvitter səhifəsi işlədənləri məhkəməyə verəcək

Özbəkistan prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimovanın əvəzinə saxta Tvitter səhifəsi işlədənlər beynəlxalq məhkəməyə veriləcək. ANS PRESS-in “Mərkəzi Asiya Xəbər Xidməti”nin Özbəkistan bürosuna istinadən verdiyi xəbərə görə, bu informasiyanı Özbəkistan prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimova özünün Tvitter səhifəsində yazıb.

Mənbənin fikrincə, Tvitterdə onun əvəzində səhifə işlədənlər pullu sifarişlə işləyənlərdir. Gülnarə Kərimova hesab edir ki, ona qarşı kompramat materiallar yazanlar “UzReport” özbək saytının yaradıcısı Rövşən Curayev, bacısı Lolanın əri Timur Tillayev və “Fergana.ru” saytının baş redaktoru Daniil Kislovdur.