Prezidentin qızının evində axtarış aparıldı

amfAR Cinema Against AIDS - Arrivals - 2009 Cannes Film Festival

Cirkli pulların yuyulması haqqında cinayət işi çərçivəsində Özbəkistanın dörd vətəndaşına qarşı axtarış aparılıb. ANS PRESS “BBC”yə istinadən bildirir ki, bu barədə İsveçrə baş prokurorluğu məlumat yayıb.

Məlumata görə, əməliyyat çərçivəsində Özbəkistan prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın Cenevrədəki iki villasından birində axtarış aparılıb.

Daha öncə Gülnarə Kərmovanın Fransadakı mülkündə axtarış aparılmışdı və buna görə Özbəkistan hökuməti Gülnarə Kərimovanı diplomatik immunitetdən məhrum etmişdi.