Prezidentin səfəri

 

Azərbaycan prezidenti İlham Əliyev Qətər Dövlətinə rəsmi səfər edib.

XALQ.AZ-ın məlumatına görə, Azərbaycanın və Qətərin dövlət bayraqlarının dalğalandığı Doha şəhərindəki “Hamad” beynəlxalq aeroportunda prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan prezidentini Qətərin iqtisadiyyat və ticarət naziri Şeyx Əhməd bin Casim bin Mohammad Al Tani və digər yüksək vəzifəli dövlət və hökumət rəsmiləri qarşılayıblar.

 


 

Azərbaycan prezidenti İlham Əliyev fevralın 26-da Dohada “Al Faisal Holding” şirkətinin rəhbəri və Qətər İş Adamları Assosiasiyasının sədri Şeyx Faisal bin Qassim bin Faisal Al Tani ilə görüşüb.

XALQ.AZ AZƏRTAC-a istinadan xəbər verir ki, görüşdə Azərbaycan prezidentinin Qətərə bu səfərinin ikitərəfli əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib.

Söhbət zamanı ticarət və investisiya sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub.

Daha sonra dövlət başçısı “Qatar Petroleum”un prezidenti və icraçı direktoru Saad Şerida al-Kaabi ilə görüşüb.

Görüşdə Azərbaycan ilə “Qatar Petroleum” arasında əməkdaşlıq imkanları müzakirə edilib, bir sıra layihələrdə birgə iştirakın mümkünlüyü vurğulanıb.

“Qatar Petroleum”un gələcəkdə Xəzər dənizində və ya SOCAR-ın digər ölkələrdə həyata keçirdiyi layihələrdə Azərbaycan ilə birgə iştirakı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

 


W1siziisijiwmtcvmdivmjyvowxxdnjxbmxiyv9oqu1fody2ns5kuecixsxbinailcj0ahvtyiisijy1mhg0mjyixv0?sha=cc3ed25927a062ee

Qətər Dövlətində rəsmi səfərdə olan Prezident İlham Əliyev Dohada “Qatar Petroleum”un prezidenti və icraçı direktoru Saad Şerida al-Kaabi ilə görüşüb.

Görüşdə Azərbaycan ilə “Qatar Petroleum” arasında əməkdaşlıq imkanları müzakirə edildi, bir sıra layihələrdə birgə iştirakın mümkünlüyü vurğulandı. “Qatar Petroleum”un gələcəkdə Xəzər dənizində və ya SOCAR-ın digər ölkələrdə həyata keçirdiyi layihələrdə Azərbaycan ilə birgə iştirakı məsələləri ətrafında fikir mübadiləsi aparıldı.