PREZİDENT:”İxrac edilən malların satışından əldə edilən gəlir tam şəkildə ölkəmizə gəlməlidir”.

ilham eliyev sammit cixis

“İxrac edilən malların satışından əldə edilən gəlir tam şəkildə ölkəmizə gəlməlidir”.

XALQ.AZ xəbər verir ki, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində deyib.

Dövlət başçısı bildirib ki, bunun üçün indi nəzarət mexanizmləri tətbiq olunur: “Ona görə ki, əvvəlki illərdə, məndə olan məlumata görə, göndərilən malların dəyərinin təxminən 30 faizi ölkəmizə qayıtmırdı, orada-burada gizlədirdilər. Xaricdə müxtəlif hesablarda gizlədirdilər. Buna yol vermək olmaz. Valyuta tam şəkildə gəlməlidir və əlbəttə ki, indi yeni mexanizm işə düşüb. Hansısa şirkət investisiya və ixrac təşviqini almaq istəyirsə, mütləq bu qaydalara riayət etməlidir”.

Prezident İlham Əliyev nəqliyyat sektorunun böyük əhəmiyyəti olduğunu vurğulayıb: “Biz indi ixracı böyük dərəcədə artıracağıq. Biz ixracı nəqliyyat vasitəsilə xarici bazarlara ötürürük. Ona görə bizim vaqon parkımıza baxmalıyıq. Biz indi yeni elektrovozlar, vaqonlar alırıq. Vaqonların sayı, həcmi ixrac ediləcək məhsullarla üst-üstə düşməlidir. Dəmir yolunun reabilitasiyası, sürətin artırılması, bütün bunlar da ixraca, tranzitə hesablanmış məsələlərdir”.