Prezidentlər görüşəcək

 

8

Dördüncü Xəzər Sammiti Həştərxanda keçiriləcək

Dördüncü Xəzər Sammiti sentyabr ayının 29-da Həştərxanda keçiriləcək.

Sammitdə Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan prezidentləri iştirak edəcək. Bu barədə Rusiya dövlət başçısının mətbuat xidməti bildirib.

“Sentyabrın 29-da Həştərxanda Dördüncü Xəzər sammiti baş tutacaq, Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə bu sammitdə Azərbaycan prezidenti İlham Əliyev, İran islam Respublikasının prezidenti Hasan Rouhani, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Türkmənistan prezidenti Qurbanqulı Berdımuxamedov iştirak edəcəklər”, — Rusiya dövlət rəhbərinin mətbuat xidmətinin məlumatında deyilib.

RF preizdenti administrasiyasında qeyd ediblər ki, sammitdə “Xəzər dənizi sahilyanı ölkələrinin qarşılıqlı fəaliyyətinin başlıca məsələləri, daha öncə 2010-cu ildə Bakıda keçirilən sammitdə qəbul olunan qərarların realizə olunması müzakirə ediləcək, eləcə də region dövlətləri arasında perspektivə köklənmiş prioritet istiqamətlər müəyyənləşdiriləcək”.  Çoxtərəfli sənədlərin imzalanması nəzərdə tutulur. Mətbuat xidmətində əlavə ediblər ki, “Putinin “xəzər beşliyi” üzrə kolleqaları ilə ikitərəfli görüşlərinin keçirilməsi gözlənilir.

Xəzəryanı dövlətlərin ilk sammiti 2002-ci ildə Aşqabadda keçirilib, ikinci beş il sonra Tehranda, üçüncü isə 2010-cu ilin noyabrında Bakıda baş tutub.