Namizəd həbs edildi

20

 

Ermənistanda prezidentliyə namizədə 14 il iş kəsildi Ermənisatan prezidentliyinə sabiq namizəd Vardan Sedrakyan 14 il azadlıqdan məhrum edilib. ANS PRESS-in “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, buna səbəb Vardan Sedrakyanın seçkilərdəki rəqibi Paruyr Arutunyanı öldürməyə cəhd etməsi olub.

Məhkəmə prezidentliyə sabiq namizədlə əlbir olan Xaçatur Poqasyan və Samvel Arutunyanı müvafiq olaraq 14 və 12 il azadlıqdan məhrum edib.

Xaçatur Poqasyan və Samvel Arutunyan buna qədər günahını inkar edən Sedrakyana qarşı ifadə veriblər.