Prezidentliyə namizədə qarşı “42-lər üsyanı”

42

Türkiyədə prezident seçkilərinə 2 aydan da az müddət qaldığı bir vaxtda, müxalifət partiyalarının namizədi ətrafında qalmaqallı bəyanatlar səslənməyə başlayıb.

“Cümhuriyyət Xalq Partiyası” və “Millətçi Hərəkat Partiyası”nın birgə namizəd kimi irəli sürdüyü Ekmələddin İhsanoğluna qarşı etiraz bəyanatı yayılıb. Bəyanatı əvvəlki illərdə CHP-nin millət vəkili və nazir olaraq çalışmış 42 siyasətçi verib. Onlar Ekmələddin İhsanoğlunun prezident seçkilərində müxalifətin namizədi olmasına qarşı çıxdıqlarını bəyan ediblər.

CHP-nin sədr müavini Faruk Loğoğlu isə Ekmələddin İhsanoğlu ilə bağlı etirazları hörmətlə qarşıladıqlarını, lakin anlayışla qarşılaya bilmədiklərini bildirib. O İhsanoğlunun hazırda Türkiyədə prezidentliyə ən yaxşı namizəd olduğunu vurğulayıb.