Primadonna yubileyini hamamında qeyd edəcək

Alla

Rus estradasının primadonnası Alla Puqaçova 15 apreldə 65 illiyini qeyd edəcək.

Xalq.az-ın məlumatına görə, müğənninin həyat yoldaşı Maksim Qalkin ona kraliçalara layiq hədiyyə edib. Qalkin bir neçə ay ərzində Qryaz kəndində otel tikdirib. Oteldə möhtəşəm restoran, hovuz və rus hamamı var.

Primadonna ad gününü məhz bu hamamda kef edəcək. Qonaqların gecələməsi üçün oteldə yer olduğundan ad günü gecədən səhərədək davam edəcək.

Doğum günü partisinin tamadası Nikolay Baskov, əsas müğənni isə Alla özü olacaq. Sənətkar özünün “Bizi döyürlər, biz uçuruq” mahnısını təqdim edəcək.