Primadonnaya orden verildi

Alla-1

Rusiya prezidenti Vladimir Putin müğənni Alla Puqaçovanı IV dərəcəli “Vətən qarşısında xidmətlərə görə” ordeni ilə təltif edib.

Sovet-rus müğənnisi və aktrisası, SSRİ Xalq artisti Alla Puqaçova 1949-cu il aprelin 15-də Moskvada anadan olub. İki gün öncə Rusiya estradasının primadonnası 65 yaşını qeyd edib.

Ad gününü ailəsində qeyd edən müğənni, həm də yeni mahnı və klipini təqdim edib.

Puqaçovanın “Bizi döyürlər, biz uçuruq” adlı kompozisiyası ad günündə “Russkoe radio” tərəfindən təqdim edilib.

Primadonna ilk nümayiş hüququnu bu şirkətə verib. Mahnının mətnində bütün aşiqlərə müraciət edilir ki, hətta yaxın adam sizi satarsa, özünüzü itirməyin və çətinliklərə baş əyməyin.