Putin Əliyevlə görüşdü

Putin

Prezident İlham Əliyevlə və Qazaxıstan Respublikasının dövlət başçısı Nursultan Nazarbayevin Həştərxanda görüşü olub.

XALQ.AZ-ın məlumatına görə, görüşdə Azərbaycan ilə Qazaxıstan arasında ənənəvi dostluq münasibətlərinin hazırkı vəziyyətindən məmnunluq ifadə edilib, əlaqələrin daha da inkişaf etdirilməsi üçün yaxşı potensialın mövcud olduğu vurğulanıb.

Ölkələrimizin müxtəlif sahələrdə əməkdaşlığının genişləndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Həmçinin Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya Federasiyası prezidenti Vladimir Putin arasında görüş keçirilib. Görüşdə iki ölkə arasında münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib. Rusiya prezidenti Azərbaycanla əlaqələrin müxtəlif istiqamətlərdə inkişaf etdiyindən razılığını ifadə edib.