Putin Poroşenko danışdı

Ukrayna və Rusiya prezidentləri telefon əlaqəsi saxlayıblar.

Bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat yayıb. Liderlər Vladimir Putin və Petro Poroşenko Rusiyada mühakimə olunan ukraynalılarla bağlı situasiyanı müzakirə ediblər.

Ukrayna prezidenti Rusiya həbsxanalarında və işğal olunmuş ərazilərdə saxlanılan ukraynalı girovların azad edilməsinə çağırıb. O, həmçinin insan haqları üzrə müvəkkillər Lyudmila Denisova və Oleq Seçovun buraxılmasının vacibliyini qeyd edib.

Qeyd edək ki, Sençov Rusiya məhkəməsinin hökmü ilə Krımda terror təşkilində ittiham olunaraq 20 il həbs cəzasına məhkum edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.