Putin veteranla belə görüşdü – VİDEO

Moskvada Qələbə günü münasibəti ilə keçirilən tədbirdə Rusiya prezidenti Vladimir Putinin mühafizə xidməti qoca veteranın ona yaxınlaşmasına imkan verməyib.

XALQ.AZ xəbər verir ki,  Putin Serbiyalı həmkarı Aleksandr Vuçiç və İsrail baş naziri Binyamin Netanyahu ilə Adsız əsgərin məzarına gül qoymaq üçün Aleksandrov bağı istiqamətində irəliləyib.

Bu zaman mühafizə xidmətinin əməkdaşları Putinə sözü olan Böyük vətən müharibəsi veteranını kənara itələməyə başlayıb.

Bunu görən Rusiya lideri mühafizəçilərini kənarlaşdıraraq, veterana yaxınlaşıb. Putin onun əlini sıxıb və liderlərlə birlikdə abidəyə baş çəkməyə dəvət edib.

Orxan