PUTININ SƏFƏRI ILƏ ƏLAQƏDAR BAKIDA BƏZI YOLLARDA HƏRƏKƏT MƏHDUDLAŞACAQ

Rusiya prezidenti Putinin səfəri ilə əlaqədar Bakıda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib.
Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinin Azərbaycan səfəri ilə əlaqədar avqustun 13-də hava limanından şəhər istiqamətinə, həmçinin Zağulba qəsəbəsi istiqamətinə nəqliyyatın hərəkəti fasilələrlə məhdudlaşdırılacaq.

Şöbə rəisi sürücülərə müraciət edərək bildirib ki, göstərilən istiqamətlərdə alternativ yollardan istifadə etsinlər.