Qənirə Paşayeva AŞPA-da girovlardan danışdı

Millət vəkili Q. Paşayeva AŞPA-da işğalçı Ermənistanın qeyri-qanuni girov saxladığı, işgəncə və əziyyətlər verdiyi Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsini qaldırıb

 

Millət vəkili Q.Paşayeva çıxışında onlarla bağlı məlumatlar verərək bildirib ki Ermənistanın işğalçı və cinayətkar rejimi olan Sarkisyan rejimi Avropa Şurası Parlament Assambleyasının çağırışlara dəfələrlə məhəl qoymaraq qanunsuz olaraq girov saxladıqları və işgəncə verdikləri azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevi azad etməkdən imtina edirdi. Girovların vəziyyətinin ağır olduğunu deyən millət vəkili Q.Paşayeva AŞ, AŞPA rəhbərliyinə çağırış edib. O deyib ki, AŞ, AŞPA rəhbərliyi Ermənistanın yeni rəhbərliyindən bu qanunsuz əməlləri davam etdirməməyi və azərbaycanlı girovları azad etmələrini tələb etməlidir. Q.Paşayeva təşkiların rəsmilərini tez bir zamanda bu tələblə Ermənisatanın yeni rəhbərliyinə çağırış etməyə, Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması üçün daha sərt addımılar atmağa çağırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.