Qənirə Paşayeva mükafatlandırıldı-Fotolar

Millət vəkili Q.Paşayeva İzmitdə mükafata layiq görülüb və QHT təşkilatları ilə görüşdə onları həqiqətlərimizin yayılmasında daha fəal olmağa çağırıb.XALQ.AZ xəbər verir ki, İzmitdə konfrans verən millət vəkili Q.Paşayeva Kocaeli Yazarlar və Şairlər Birliyi və Azərbaycan Dərnəkləri Federasiyası tərəfindən mükafata layiq görülüb. Görüş zamanı millət vəkili Q.Paşayeva “Azərbaycan və Türkiyə bir millət iki dövlətdir. Türkiyə nə qədər güclənərsə bu Azərbaycanın və bütün türk dünyasının gücü, Azərbaycan nə qədər güclənərsə bu Türkiyənin və bütün türk dünyasının gücüdür” deyib və türk dünyasının gücünü onun birliyində gördüyünü vurğulayıb və bu birliyin daha da gücləndirilməsində aydınlarımızın, yazarlarımızın və şairlərimizin üzəriə böyük vəzifələr düşdüyünü vurğulayıb. Millət vəkili Q.Paşayeva həmçinin İzmir Türk Ocaqları, bir sıra tanınmış QHT, qadın və gənclər təşkilatları ilə də görüşüb və Azərbaycanla əməkdaşlığın artmasının vacibliyi, Türk dünyası birliyi istiqamətində geniş fikir mübadiləsi olub. Millət vəkili Q.Paşayeva həmçinin Türkiyənin bir sıra KİV-lərinə geniş müsahibələr verib. Millət vəkili Q.Paşayeva İzmitdə təhsil alan azərbaycanlı tələbələrlə görüşüb və onları Qarabağ həqiqətlərinin yayılmasında daha fəal olmağa çağırıb.

Фото Ganire Pashayeva.

Фото Ganire Pashayeva.

Фото Ganire Pashayeva.

Фото Ganire Pashayeva.

 Ð¤Ð¾Ñ‚о Ganire Pashayeva.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.