Qənirə Paşayeva Qarabağ həqiqətlərindən danışdı

 

Millət vəkili Q.Paşayeva Ərəb Liqasının Ailə və Qadın məsələri departamentinin rəhbəri İnes Mekkavi ilə görüşdə ona Azərbaycan, ölkəmizdə qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər, Azərbaycanın Birinci vitse-prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi altında bu istiqamətdə həyata keçirilən layihələr, qadınların cəmiyyətdə rolunun genişlənməsi ilə bağlı məsələlərin dövlət siyasətinin tərkib hissəsi olması ilə bağlı geniş məlumatlar verib. Millət vəkili Q.Paşayeva xüsusilə Qarabağ həqiqətləri ilə də bağlı  Ərəb Liqasının Ailə və Qadın məsələri departamentinin rəhbəri İnes Mekkaviyə məlumatlar verib. Millət vəkili Q.Paşayeva bildirib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün fəal qadınlar 20 ildən artıqdır ki öz evinə dönə bilməyən və hələ də məcburi köçkün həyatı yaşayan qadınların yanında olmalıdır və onların evlərinə dönməsi istiqamətində hər zaman və hər platformada səsini ucaltmalıdır. Millət vəkili Q.Paşayeva Ərəb Liqasının Ailə və Qadın məsələri departamentinin rəhbəri İnes Mekkavini Azərbaycana dəvət edib və sizi hər zaman Azərbaycanda görməkdən şad olacağıq deyib.

Scroll to top