Qənirə Paşayeva şair, yazar və aydınlarla görüşdü-Fotolar

Millət vəkili Q.Paşayeva qardaş Türkiyədən gəlmiş şair, yazar və aydınları yaradıcılıqlarında Azərbaycana daha geniş yer ayırmağa çağırıb.

 

VIII Şairlər günü çərçivəsində Azərbaycanda səfərdə olan qardaş İLESAM-ın sədri Mehmet Nuri Parmaksız və qardaş Türkiyədən gəlmiş çoxlu sayda şair, yazar, aydınlar millət vəkili  Qənirə Paşayeva ilə görüşüb və geniş fikir mübadiləsi aparılıb. Millət vəkili Q.Paşayeva qonaqlara ölkəmizin tarixi, mədəniyyəti, Qarabağ, Xocalı soyqırımı həqiqətləri ilə bağlı geniş məlumatlar verib, geniş müzakirələr olub. Azərbaycanı çox sevdiklərini və özlərini Vətəndəki kimi hiss etdiklərini deyən İLESAM-ın sədri Mehmet Nuri Parmaksız və qardaş Türkiyədən gəlmiş çoxlu sayda şair, yazar, aydınlar Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı istiqamətində, özəlliklə gənc nəsillərimizə ortaq tarix, mədəniyyətimizin öyrədilməsinin vacibliyi ilə bağlı da geniş müzakirələr olub. Azərbaycan torpaqlarının 20 faizi hələ də Ermənistanın işğalı altındadır və biz işğal altındakı o gözəl bölgələrimizə gedə bilmirik, qardaş Türkiyədə isə terrorla mübarizədə çoxlu sayda qardaş-bacılarımız həyatını itirib deyən millət vəkili Q.Paşayeva qardaş Türkiyədə terrorla mübarizədə həyatını itirmiş insanlara Allahdan rəhmət diləyirik və Azərbaycan və qardaş Türkiyənin hər zaman güclü olması ən böyük diləyimizdir deyib. O, biz birlikdə Azərbaycan və Türkiyəyə qarşı terror hadisələri, cinayətlər, işğallar həyata keçirənlərə qarşı mübarizəmizi daha da gücləndirməliyik, gücləndiririk və inşallah onların ədalət qarşısında cavab vermələrinə də nail olacağıq deyib. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə son səfəri, verdiyi mesajlara xüsusi toxunan millət vəkili Q.Paşayeva cənab Prezident əsl qardaşlığın necə olduğunu hər kəsə göstərdi və bu səfər dosta da düşmənə də çox önəmli məsaj oldu deyib. Q.Paşayeva Azərbaycan və Türkiyə bir millət iki dövlətdir deyərək bu birliyin dosta da düşmana da bir məsaj olduğunu söyləyib. Görüşün sonunda millət vəkili Q.Paşayeva qonaqlara Azərbaycan mədəniyyəti, Qarabağ həqiqətləri ilə bağlı materiallar təqdim edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir