Qənirə Paşayeva telekananallara çağırış etdi

Millət vəkili Qənirə Paşayeva iki gəncin Məlik Cahangirov və Mustafazadə Rəşadın intiharı xəbərinə münasibət bildirib. 

XALQ.AZ-ın məlumatına görə, xəbəri böyük üzüntü içərisində oxuduğunu deyən millət vəkili deyib ki, cəmiyyət olaraq sadəcə üzülmək və üzüldüyümüz ifadə etməklə bu kimi halların artmasının qarşısını ala bilmərik: “İntiharlar əksər hallarda dərin depressiyaların sonucu olur. Cəmiyyətimizi depressiya nədir sualı və depressiya əlamətləri hiss edildiyi anda mütləq həkimə müraciət etməyin vacibliyi ilə bağlı geniş məlumatlandırmalıyıq. İnsanlarımız ətrafında, çevrəsində despressiya əlamətləri hiss etdikləri adam gördüyündə özü, ailəsi ilə bu barədə danışmağa cəhd etməli, onun həkim müalicəsinə göndərilməsinə nail olmalıdır. Çünkü depressiya müalicə olunmazsa, hər zaman ağır sonuclar doğurur. İkinci vacib məsələ duyarlı olmalıyıq. Bəzən yazdığı yazılar, statuslarla intihar əvvəli mesajlar verən insanları qınamaqdansa onun depressiyadan əziyyət çəkdiyi və məhz onun üçün belə mesajlar yazdığını anlamalı və ona dəstək olmağa, yardıma tələsməliyik. Hadisə baş verdikdən sonra “belə yazmışdı, keşkə həmin an yanına gedib dəstək olmağa çalışsaydıq” yazan dostları oxuyunca üzülürük. Amma hamımız bilməliyik ki, sonrakı peşmançılıq fayda verməz. Daha duyarlı toplum olmalıyıq. Depressiya sadəcə sosial problemlər üzündən yaranan bir xəstəlik deyil, o, müxtəlif səbəblərdən yarana bilir, ona görə çox diqqətli olmalıyıq. Televiziyalarımızda, mətbuatımızda bu istiqamətdə maarifləndirmə verlişlərinin artması da çox vacibdir. Nur içində yatsın hər iki gəncimiz. Allah acılı ailələrinə, əzizlərinə səbr versin”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.