Qənirə Paşayevanın təklifi dəstəkləndi

XALQ.AZ xəbər verir ki, Millət vəkili Q.Paşayevanın “Qarabağdan Sivasa könül körpüsü” adlı tədbirlər silsiləsini keçirmək təklifini Sivas bələdiyyə başqanı dəstəkləyib    

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Türkiyənin ən böyük bölgələrindən biri olan qədim  Sivas vilayətində Azərbaycan Qarabağ parkı və  Şəhidlər abidəsinin açılışı çərçivəsində  Sivas bələdiyyəsinin rəhbəri Sami Aydın, Sivas valisi Davut Gül, Türkiyənin Təhsil naziri İsmet Yılmaz ilə görüşüb.  Q.Paşayeva Sivasın  mərkəzində Xocalı parkı və abidəsinin açılmasını həyata keçirən Sivas bələdiyyə başqanına təşəkkürlərini bildirib və bu addımın bütün Türk dünyası bölgələri üçün gözəl bir örnək olduğunu deyib. Azərbaycanı çox sevdiyini deyən Sivas bələdiyyəsinin rəhbəri Sami Aydın, Sivas valisi Davut Gül, Türkiyənin Təhsil naziri İsmet Yılmaz Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı istiqamətində, özəlliklə gənc nəsillərimizə ortaq tarix, mədəniyyətimizin öyrədilməsinin vacibliyi ilə bağlı da geniş müzakirələr olub. Onlar Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olduğunu deyərək bildiriblər ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək haqlı davasında hər zaman yanında olacağıq. Q.Paşayeva görüş zamanı Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, qədim Sivasin  də Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istəyirik deyib. Sivas bələdiyyə başqanı Sami Aydın Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq bələdiyyəyə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib. Bakıda o, həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını bildirib. Q.Paşayeva bələdiyyə başqanını Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiyini deyən Sivas bələdiyyə başqanı Sami Aydın  Azərbaycana mütləq səfər edəcəyini bildirib. Görüşdə millət vəkili Q.Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnsitutu” İB-nin təşkilatçılığı ilə “Qarabağdan Sivasa könül körpüsü” adlı tədbirlər silsiləsi keçiriməsi, Sivasda isə Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü ilə bağlı tədbirlər keçirilməsi təklifini  Sivas bələdiyyə başqanı dəstəkləyib. Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Sivas valisi Davut Gül ilə görüşdə qardaş Türkiyədə terrorla mübarizədə şəhid olmuş insanlara Allahdan rəhmət, yaxınlarına səbr diləyir, terroru və arxasında duranları lənətləyirik deyiblər. Azərbaycanın erməni terrorundan çox əziyyət çəkdiyini xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva terrorla mübarizədə Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu deyib. Azərbaycanın sevinci sevincimiz, üzüntünüz üzüntümüzdür deyən vali azərbaycanlı şəhidlərimizə Allahdan rəhmət diləyirik və Azərbaycan torpaqlarının işğaldan azad edilməsində hər zaman qardaş Azərbaycanın yanındayıq deyib. Vali ilə söhbət zamanı Ermənistanın işğalçılıq siyasəti barədə geniş məlumatlar verilib. “Ancaq mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib torpaqlarımızı Ermənistanın işğalından azad edəcək və bu cür görüşləri o gözəl torpaqımızda da keçirəcəyik” –,  deyə o bildirib. İki qardaş ölkə Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Sakarya arasında da bu əlaqələrin getdikcə daha genişlənməsinin vacibliyini qeyd edib. Millət vəkili Qənirə Paşayeva görüş zamanı Sivasda təhsil alan azərbaycanlı tələbələr barədə də valiyə məlumat verərək onların ortaya çıxan qayğı və problemlərinin həlli istiqamətində dəstək göstərilməsini xahiş edib.  Millət vəkili Qənirə Paşayeva Sivas  Türk Ocaqları, bölgə aydınları, QHT və KİV rəhbərləri ilə görüşüb. Azərbaycan, Türkiyə və Türk dünyası həqiqətlərinin dünyada daha geniş yayılması istiqamətində QHT və KİV-lərin üzərinə düşən vəzifələrlə bağlı geniş fikir mübadiləsi olub. Millət vəkili Q.Paşayeva Sivasda terrorla mübarizədə şəhid olmuş hərbçinin dəfn mərasimində də iştirak edib, başsağlığını bildirib, “Türkiyənin şəhidi bizim də şəhidimizdir, Azərbaycanın terrorla mübarizədə hər zaman qardaş Türkiyənin yanındadır” deyib.

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir