Qəbələyə qar yağıb

BB15891F-BD17-4067-A072-AF675742AE1A_cx0_cy13_cw0_mw1024_s_n

Qeyri-adi təbiət hadisəsi sakinlərin böyük marağına səbəb olub.

Anomal istilərin ardınca ara-sıra yağışlar və nəhayət qar. Qəbələyə yay çıxmamış, qış gəlib.

Oxu.Az Kanal S-yə istinadən bildirir ki, ötən gün dağlara qar yağıb. Bu qeyri-adi təbiət hadisəsi sakinlərin böyük marağına səbəb olub.

Rayonun Laza kəndinə qarın düşməsilə havanın temperaturunda kəskin enmə müşahidə olunub. Sinoptiklər temperaturun 8-10 dərəcə aşağı düşdüyünü bildiriblər.

Dağın ətəyində yaşıllıq, arxa fonda ağ örpəyə bürünmüş dağ gözəl mənzərə yaradıb.