Qənirə Paşayeva medalla təltif olundu

1

 

Ankarada – TÜRKSOY-un Baş Qərargahında düzənlənən törənlə, TÜRKSOYun çalışmalarına vermiş olduqları dəstək nəzərə alınaraq, Azərbaycan Milli Məclisinin üzvü Qənirə Paşeyeva və Mədəniyət və Turizm nazirinin I müavini Vaqif Əliyevə TÜRKSOY-un “20-ci il” medalı təqdim edilib.

TÜRKSOY Baş katibi Düsen Kaseinov, TÜRKSOYun quruluşunun 20-ci ildönümü xatirəsinə, Türk Dünyası mədəniyyət, sənət və elm sahəsində üstün xidmətlər göstərən şəxslər üçün hazırlanan medalın Azərbaycanlı millət vəkili Qənirə Paşayevaya və Mədəniyyət və Turizm nazirinin müavini Vaqif Əliyevə təqdim etməkdən son dərəcə məmnun olduğunu deyib, onlara xidmətlərinin davamını arzu edib. Millət vəkili Qənirə Paşayevaya və Mədəniyyət və Turizm nazirinin müavini Vaqif Əliyevin hər zaman TÜRKSOY-d böyük diqqət göstərdiyi və çalışmalarına dəstək verdiyini vurğulayan TÜRKSOY-un baş katibi gələcəkdə də bu əməkdaşlığın daha da artacağına inandığını deyib.

Törəndə çıxış edən millət vəkili Q.Paşayeva, təltifdən çox məmnun olduğunu, şərəf duyduğunu dilə gətirərkən, bu şərəfin özü ilə bərbər məsuliyyət də gətirdiyini qeyd edib: “Mən TÜRKSOYun könüllü əsgəri, belə demək olarsa, elçisiyəm. TÜRKSOY kimi müqəddəs ad və amal daşıyan bir qurum bütün türk insanı, ilk növbədə hər bir türk aydını üçün əzizidr, doğmadır. Bu medalı gözəl duyğularla daşıyacağam. Bir daha təşəkkür edir, etimadınızı doğrultmağa çalışacağıma söz verirəm!”