Qənirə Paşayeva “AŞPA -da Türkiyə üçün Qərar…”

gan

 

Liberal Qrupda Türkiyə ilə bağlı AŞPA-da təcili müzakirələr aparılması ilə bağlı məsələnin müzakirəsində millət vəkili Qənirə Paşayeva çıxış edib.

Bu barədə XALQ.AZ-a açıqlama verən Q.Paşayeva bildirib ki, çıxışında Türkiyə ilə bağlı təcili müzakirələrin əlehinə olduğunu vurğulayıb:

“Bildirdim ki, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü olaraq Türkiyədə səfərlərdə oluram və orada insanların bəzi məsələlərə baxışını Liberal Qrup üzvləri ilə bölüşmək istəyirəm. Özəlliklə Türkiyədə son zamanlar baş verən terror hadisələri ilə əlaqədar bu ölkədə yaşayan insanların böyük bir hissəsi Avropanın, Avropa təşkilatlarının, AŞPA-nın Türkiyəyə gərəkli dəstəyi vermədiyini düşünür. Türkiyədə insanların bir çoxu PKK, İŞİD və digər terror təşkilatlarına qarşı mübarizədə və Suriyadan köçkün düşmək məcburiyyətində qalmış və Türkiyəyə sığınmış köçkünlərə kömək məsələsində də Türkiyənin yalnız buraxıldığını hesab edir. Belə bir fonda Türkiyə ilə bağlı təcili müzakirələrin aparılması AŞPA-nın ən böyük üzvlərindən olan Türkiyə ilə təşkilatımız arasında əməkdaşlığa mənfi təsir göstərməklə yanaşı, Türkiyədə yaxın günlərdə keçiriləcək referenduma münasibətdə də doğru qəbul edilməyə bilər. Bu müzakirə referenduma təsir göstərmək kimi də qiymənlədirilə bilər və doğru qəbul edilməz”.

Q.Paşayeva Yaxın Şərqdə baş verən proseslər baxımından da Türkiyə ilə əməkdaşlığın genişləndirilməsi vacibliyini önə çəkib:

“Ona görə də Liberal Qrup üzvlərini Türkiyə ilə bağlı təcili müzakirələrin açılmasının əlehinə olmağa çağırdım.

Çox məmun oldum ki, Avropa Şurası Parlament Assambleyasında bir az öncə keçirilən səsvermədə Türkiyə ilə bağlı təcili müzakirələrin aparılması tələbi qəbul edilmədi