Qənirə Paşayeva gənclərə cağırış etdi-Fotolar-Video

 

 

Millət vəkili Q.Paşayeva İslam Həmrəylik Oyunları Könüllüləri ilə görüşdə hər birimiz torpaqlarımızı azad etmək üçün hazır olmalıyıq deyib.  

Millət vəkili Q.Paşayeva İdman Akademyasının binasında İslam Həmrəylik Oyunları Könüllüləri ilə görüşüb. Çoxlu sayda könüllünün iştirak etdiyi görüşdə Aprel döyüşlərində şəhid olan qəhrəman qardaşlarımızın xatirəsi 1 dəqiqəlik sükutla yad olunduqdan sonra çıxışa başlayan millət vəkili Q.Paşayeva Aprel döyüşləri şəhidlərimiz, onların qəhrəmanlıqları qarşısında baş əyirik deyib: “Ordumuz düşmənə layiq olduğu cavabı verib və verir. Azərbaycan ordusu düşmənə layiqli cavab vermək gücündə olan bir ordudur və biz hamımız dünyanın harasında yaşamamızdan asılı olmayaraq ordumuzun könüllü əsgəriyik və olmalıyıq.Azərbaycan ordusunun da, xalqının da səbri daşmışdır və artıq yetər deyirik.  Ermənistanda anlamalıdırlar ki, işğala son qoymasalar, ordumuz tərəfindən daha ağır cavab alacaqlar. Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı Azərbaycanın yanında olmalı, həqiqətlərin dünyaya daha geniş çatdırılması üçün çalışmalıdır”.
Millət vəkili Q.Paşayeva gəncləri həqiqətlərin dünyaya daha geniş yayılmasında sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə də çağırıb. O, gənclərimizi sosial şəbəkələrdə keçirdikləri zamanı  əylənməyə deyil, oxumağa, öyrənməyə, Qarabağ həqiqətlərinin daha çox yayılmasında iştirak etməyə və ölkəmizə qarşı yalan, böhtan kompaniyalarına qarşı mübarizəyə sərf etməyə çağırıb. Millət vəkili gəncləri Azərbaycan tarixi, ədəbiyyatı və çoğrafiyasını yaxşı öyrənməyə çağırıb. “Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir”- deyən millət vəkili Qənirə Paşayeva bildirib ki, bir insanın inkişafı və gələcəyində onun təhsili, bir peşə sahibi olması çox böyük önəm daşıyır və uşaqlarımız oxumağa, öyrənməyə, bir peşə sahibi olmağa daha çox meyilli olmalıdırlar.  Millət vəkili bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir insan öz ölkəsinin və millətinin tarixini də dərindən bilməlidir. Gəncləri tariximizi dərindən öyrənməyə çağıran millət vəkili Qənirə Paşayeva onlara Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi soyqırımlar, vandalizm aktları, beynəlxalq təşkilatların ikili standartları ilə bağlı geniş məlumatlar verib və bildirib ki, hər bir Azərbaycan gənci bunları əzbər bilməlidir.  Uşaqları xarici dillərlə də xüsusi maraqlanmağa zaman ayırmağa çağıran millət vəkili Qənirə Paşayeva gəncləri maraqlandıran sualları da cavablandırıb və onlara müəllifi olduğu kitabları imzalı hədiyyə edib.