Qənirə Paşayeva görüşlər keçirdi-Fotolar

Millət vəkili Q.Paşayeva Efiopiya, Konqo və Malinin tanınmış təşkilat rəhbərləri ilə Qarabağdan danışıb. 

 

Efiopiya, Konqo və Malinin ictimai xadim qadınları, tanınmış təşkilat və QHT rəhbərləri ilə görüşdə millət vəkili Q.Paşayeva Azərbaycanla bağlı geniş məlumatlar verib. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı onlara geniş bilgilər verən millət vəkili rəsmi İrəvanın 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsindən danışıb və BMT, ATƏT-in Minsk Qrupu başda olmaqla Ermənistana işğalçılığına son qoyması üçün ciddi təzyiqlər göstərməyən beynəlxalq təşkilatları qınayıb. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın törətdiyi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlı qadının Ermənistan tərəfindən pozulmaqda davam edən fundamental insan haqlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalıdır. Efiopiya, Konqo və Malinin ictimai xadim qadınları, tanınmış təşkilat və QHT rəhbərləri də Azərbaycanla əməkdaşlığın, dostluğun inkişafına önəm verdiklərini deyərək münasibətlərin getdikcə inkişaf edəcəyinə inandıqlarını vurğulayıblar. Qadın siyasətçləri, iş adamları, qeyri-hökumət, KİV nümayəndələri arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük prespektivlər olduğunun vurğulandığı görüşlərdə qarşılıqlı dəstəyin və əməkdaşlığın daha da sürətlənəcəyinə inam vurğulanıb. Millət vəkili Q.Paşayeva görüşün sonunda onlara Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyə və materialları təqdim edib və ölkəmizə dəvət edib. #Ethiopia #Congo #Mali