Qənirə Paşayeva Gurcustana gedir

22

 

Oktyabrın 27-də Gürcüstanda keçiriləcək prezident seçkilərində Azərbaycan da iştirak edəcək

 

Oktyabrın 27-də Gürcüstanda keçiriləcək prezident seçkilərində Azərbaycan Parlamentinin nümayəndə heyəti də iştirak edəcək”. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Gürcüstanda səfərdə olan millət vəkili, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Qənirə Paşayeva bildirib. Onun sözlərinə görə, prezident seçkilərinə qatılacaq bir neçə millət vəkili beynəlxalq müşahidə missiyalarının nümayəndə heyətinin tərkibinə qatılacaq: “Seçkilərdə eyni zamanda Azərbaycanı parlament nümayəndə heyəti təmsil edəcək. Mən də bir qrup rəhbəri və  millət vəkili olaraq prezident seçkilərində müşahidəçi kimi iştirak edəcəyəm. Qeyd edim ki, Gürcüstanda keçiriləcək seçkilərə 10 nəfər millət vəkili qatılacaq, amma onların təxminən yarısı beynəlxalq təşkilatların tərkibində iştirak edəcək”, deyə Q. Paşayeva bildirib.