Qənirə Paşayeva mükafatına layiq görüldü

 

78

Türkiyənin “Moonlife” dərgisi  “2013 Yılının En İyileri”ni elan etdikləri mükafatlandırma gecəsində millət vəkili,  Azərbaycan Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva özəl ödül olaraq “Uluslararası Dostluq” ödülünə layiq görüb. 

 

Türkiyənin millət vəkilləri, siyasətçiləri, ictimai xadimləri, sənət, elm, ədəbiyyat  və media  dünyasının tanınmış nümayəndələrinin qatıldığı tədbirdə bir sıra ictimai-siyasi xadimlərlə bərabər, sənət, elm, ədəbiyyat  və media  sahəsindən də bir sıra tanınmış şəxslər mükafatlandırılıblar.

 

Siyasətçilər  Haluk İpek, Hüseyin Bürge, Gülay Dalyan, Kazakistan Büyükelçisi Can Seyit Tüymebayev,  sənət, elm, ədəbiyyat  və media  dünyasının tanınmış nümayəndələri  Orhan Gencebay, Fatih Portakal, Mesut Yar, Cengiz Kurtoğlu, Deniz Çakır, Barış Falay, Zahide Yetiş, Yüksel Aytuğ, İskender Paydaş, Aydan Şener, Şükrü Avşar,Hakan Akkaya, Ceylan, Alişan-Çağla Şikel, Cebrail Mungan, Salih Keçeci, Pelin Ceri, Ümit Besen, Banu Zorlu, Safiye Soyman, Tamer Aydoğdu, Suat Aydoğan, Yıldırım Mayruk, İrfan Değirmencinin və digərlərinin qatıldığı tədbirdə bildirilib ki,  millət vəkili,  Azərbaycan – Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü  Qənirə Paşayeva millət vəkili olmaqla bərabər, bir sivil toplum təşkilatı rəhbəri olaraq da hər zaman bütün platformalarda çıxışlarında və fəaliyyətində “bir millət iki dövlət” düşüncəsi ilə  çalışır və Azərbaycan həqiqətləri ilə bərabər Türk dünyası həqiqətlərini də dünyaya çatdırır və Türk dünyası ilə bağlı həqiqətlərin çatdırılmasında, dostluq dəyərləri, mədəniyyətlər  və  dinlərarası  xoşgörü, tolerantlıq mövzularının təbliğində hər zaman fəal iştirak edir.