Qənirə Paşayeva Qarabağdan danışdı

XALQ.AZ xəbər verir ki, Millət vəkili Q.Paşayeva Özbəkistanın tanınmış jurnalistləri ilə görüşdə Qarabağ həqiqətlərindən danışıb və çağırış edib.

Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ölkəmizdə səfərdə olan Özbəkistandan olan tanınmış KİV nümayəndələri millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmlar İnstitutu İB-nin sədri Q. Paşayeva ilə görüşüblər.

 

Qardaş ölkənin mətbuat və media rəhbərlərini və təmsilçilərini ölkəmizdə salamlamaqdan məmnunluğunu ifadə edən millət vəkili Q.Paşayeva Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovu bu təşəbbüsünə görə təbrik edib və öz təşəkkürünü bildirib. Qardaş Özbəkistandan tanınmış jurnalistləri ölkəmizdə görməkdən məmnunluq duyduğunu vurğulayan Qənirə Paşayeva bildirib ki, Azərbaycan qardaş Özbəkistanla əlaqələrin və əməkdaşlığın inkişafına böyük önəm verir və bu əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır: “Siz düşünməyin ki, hansısa başqa bir ölkəyə gəlmisiniz.

 

Siz qardaş ölkəyə gəlmisiniz. Özbəkistan və Azərbaycan jurnalistlərinin qarşılıqlı səfərləri çox zəruridir. Bu istiqamətdə gözəl layihələr həyata keçiriən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkür edirəm. Özbəkistanda Azərbaycanın, Azərbaycanda Özbəkistanın daha geniş tanıdılmasına, təbliğinə böyük ehtiyac var və bu istiqamətdə jurnalistlərin üzərinə böyük missiya düşür. Bu istiqamətdə fəaliyyəti daha da artırmaq lazımdır, cünki bu bizim gələcəyimiz üçün çox lazımdır”.

 

Azərbaycan, onun tarixi, mədəniyyəti, Azərbaycan-Özbəkilstan əlaqələrinin qədim tarixi, 100 illiyini qeyd etdiyimiz və bütün müsəlman şərqində qurulan ilk cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyəti, ölkəmizin iqtisadi və turizm potensialı, qadınlarımızın cəmiyyətin həyatında rolunun daha da genişlənməsi, işğalçı Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi vandalimz aktları, Qarabağ ağrısı, öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünlə bağlı geniş məlumatlar verən millət vəkili Q.Paşayeva bildirib ki, Qarabağ həqiqətlərinin daha geniş yayılmasında qardaş Özbəkistanın KİV-nin dəstəyinə ehtiyac var və hər zaman Azərbaycanla bağlı yazılar yazdıqlarına,televiziya proqramları hazırladqlarına görə onlara təşəkür edib və onların daha da çoxalacağına inandığını deyib.

 

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov bu istiqamətdə həyata keçirilən layihələr barədə danışıb və onların gələcəyə doğru daha da artacağını bildirib və bunun böyük önəmi ilə bağlı məsələləri xüsusi vurğulayıb. Azərbaycanın bir çox bölgələrinə də getdiklərini deyən qardaş Özbəkistanın tanınmış KİV rəhbər və təmsilçiləri Azərbaycana, onun tarixinə, böyük mədəniyyətinə, təbiət gözəlliklərinə,mehriban insanlarına heyran qaldıq və burada özümüzü öz evimizdəki kimi hiss etdik deyiblər. Onlar bildiriblər ki, Qarabağ həqiqətlərinin daha da geniş yayılmasında bundan sonra səyləri daha da gücləndirəcəklər və bu istiqamətdə millət vəkili Q.Paşayeva ilə geniş fikir mübadiləsi aparıblar. Millət vəkili Q.Paşayeva onları maraqlandıran sualları da cavablandırıb, konkret tədbirlər və layihələr ətrafında geniş müzakirələr aparılıb.

 

 

 

Orxan