Qənirə Paşayeva Tovuzda qalib uşaqlarla göruşdü

9

Xalq.az məlumat verir ki Millət vəkili Qənirə Paşayeva respublika ümumtəhsil və ilk peşə ixtisas təhsil müəssisələri şagirdlərinin VI Spartakiadasının qalibi, I yerin sahibi Tovuz rayon şagirdlərindən ibarət futbol komandasının üzvləri ilə görüşüb.

Millət vəkili gənclərə əldə etdikləri uğurların davamlı olması istiqamətində daha çox çalışmağı tövsiyə edib. Q.Paşayeva eyni zamanda 8 yaşadək şahmatçılar arasında respublika zona yarışının qalibi, Tovuz rayon məktəblisi Hüseynli Gülçin Elçin qızı ilə görüşüb. Gülçinə şahmatı gələcəkdə də davam etdirməyini məsləhət görən millət vəkili Qənirə Paşayeva onu dünya çempionu kimi görmək istədiklərini deyib. Millət vəkili 13-14 yaşlı yeniyetmələr arasında boks üzrə respublika çempionu olmuş Tovuz rayon məktəblisi Əliyev Ramin Yasin oğlu ilə görüşüb. Millət vəkili Qənirə Paşayeva bundan sonra Ramindən artıq beynəlxalq səviyyəli yarışların qalibi adını gözlədiklərini bildirib və ona uğurlarının davamlı olmasını diləyib. Millət vəkili həmçinin məktəblilər arasında VII Spartakiadanın qalibi, Tovuz rayon məktəblisi Ələsgərov Ələsgər Habil oğlu, “Gənc meşəçilər” Respublika müsabiqəsinin qalibi, Tovuz rayonunun Ağbulaq kənd orta məktəbinin 7-ci sinif şagirdi Sadıqov Rafiq Firudin oğlu, ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunan “Gənc xilasedici və yanğınsöndürən” yarışının zona mərhələsinin qalibi olan A.S.Puşkin adına Tovuz şəhər tam orta məktəbin komandasının üzvləri ilə görüşüb. Görüşün sonunda respublika idman və bilik yarışlarının qaliblərinə mükafatlar və hədiyyələr təqdim edilib.