Qənirə Paşayevanın təşəbbüsü ilə Şəhriyarın 110 illiyi keçiriləcək

Türkiyədə Ustad Şəhriyarın 110 illik yubileyi keçiriləcək.

16114481_1064271987018173_1640196498802098818_nMillət vəkili Q.Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB İstanbul Türk Ocakları, İstanbul Universiteti və Sağlamlığın Qorunması İB ilə birlikdə Azərbaycanı və Türk dünyasının böyük şairi Şəhriyarın 110 illiyi ilə bağlı İstanbulda konfrans və ədəbi-bədii tədbir keçirəcək. Türkiyənin Kültür və Turizm Bakanlığının da dəstəklədiyi və İstanbul Universitetində keçiriləcək konfransda ustad Şəhriyarınn Azərbaycan və Türk ədəbiyyatındakı böyük rolu ilə bağlı məruzələr dinləniləcək. Tədbirin sonunda keçiriləcək ədəbi-bədii hissədə isə Şəhriyar yaradıcılığından seçmələr səsləndiriləcək ədərlərinə bəstələnmiş mahnılar ifa olunacaq. Təbirdə Azərbaycandan və qardaş Türkiyədən başqa Türk dünyasının müxtəlif bölgələrindən də alimlər, şairlər, yazarlar iştirak edəcəklər. Arzu edənlər tədbirdə iştirak edə bilərlər.