Qənirə Paşeva “Vətəndaşlar xaricə üz tutmaq məcburiyyətində qalır”

ganira

 

Millət vəkili Q.Paşayeva:”Axı niyə insanlarımız bu əməliyyat üçün xarici ölkələrə üz tutmaq məcburiyyətində qalmalıdır?” Milli Məclisdə Səhiyyə Komitəsinin iclasında ölkəmizdə gözdə buynuz qişanın köçürülməsi, keratoplastika əməliyyatı ilə bağlı yaranmış problemlərin müzakirəsi və həlli yollarının müzakirəsi zamanı çıxış edən millət vəkili Q.Paşayeva məsələnin qısa zamanda həllini tapmasının vacibliyini xüsusi vurğulayıb: “Bu gün bu əməliyyat üçün yüzlərlə insanlarımız xarici ölkələrə üz tutur. Zərifə Əliyeva adına Milli Oftolmologiya Mərkəzində əməliyyatı həyata keçirmək üçün bütün imkanlar da var, yaxşı mütəxəssislər də. Amma buynuz qişanın köçürülməsi üçün toxumanın ölkəyə gətirilməsində ortaya çıxan problemlər üzündən bu əməliyyatlar aparıla bilmir və vətəndaşlar xaricə üz tutmaq məcburiyyətində qalır. Nə qədər insanlar var ki onların xarici ölkələrə əməliyyata getmək imkanı yoxdur, bəs onlar nə etsin? Gedənlər üçün də çox çətindir o vəsaiti tapmaq. Eyni zamanda nə üçün ölkəmizdə bu əməliyyat üçün imkanlar və mütəxəsislər varsa insanlarımız xaricə üz tutmalıdır? Nə üçün bu qədər pul xaricə getməlidir? Əməliyyat olmayınca da qısa zamanda həmin şəxsin gözünün görməsi itirilir və həmin insan əlilə çevrilir. 3000-ə yaxın insan növbədə əməliyyat gözləyir yəni bizdən qısa zamanda bu problemi həll etməmizi gözləyir. Vaxt keçdikcə onların böyük bir hissəsi əlilə çevriləcək və əməliyyat etmək üçün gec olacaq və əməliyyat onlara gözmələrini geri qaytara bilməyəcək, təsirsiz olacaq. Bunu ona görə deyirəm ki qısa zamanda bu problem öz həllini tapmalıdır. Həm qanunvericilikdə bəzi qanunlara əlavə və dəyişiklik etməklə, həm də icra orqanları səviyyəsində bu məsələnin qısa zamanda həllini tapması çox vacib məsələdir. Bu gün yüzlərlə insan ölkəmizdə bu əməliyyatın aparılmasını gözləyir və biz onlara dəstək üçün qısa zamanda məsələnin həllinə çalışmalıyıq.