Qənrə Paşayeva “İctimai yerlərdə siqaret çəkilməsin”

Картинки по запросу qənirə PAŞAYEVA
Millət vəkili Q.Paşayeva MM-in Səhiyyə Komitəsi iclasında ictimai yerlərdə siqaretin çəkilməsinin qadağan edilməsi ilə bağlı qanun layihəsini yaz sessiyasında müzakirəyə çıxarmağa çağırıb.

Milli Məclisin Səhiiyyə Komitəsinin iclasında millət vəkili Qənirə Paşayeva ictimai yerlədə siqaret çəkilməsinin qadağan edilməsi haqqında qanun layihəsinin parlamentin yaz sessiyasının müzakirəsinə çıxarılmasının vacib olduğunu deyib. Millət vəkili Qənirə Paşayevanın sözlərinə görə, Azərbaycanda “İctimai yerlərdə siqaret çəkilməsinin qadağan edilməsi haqqında” qanunun qəbul edilməsinə ehtiyac var və bu qanunun artıq müzakirəyə çıxarılması və qəbul edilməsi vacibdir. Dünyanın əksər ölkələrində əhalinin siqaret çəkməyən hissəsini bu cür mənfi təsirdən qorumaq məqsədilə ictimai yerlərdə siqaret çəkməni qadağan edən qanunlar qəbul edilirlər”, – Qənirə Paşayeva vurğuladı.Bu qanunun qəbulunun vacibliyi ilə bağlı mütəxəssislərin fikirlərini səsləndirən millət vəkili Q.Paşayeva insanlarımızın, özəlliklə gənclərimizin siqaretin zərərli təsirlərindən qorunması istiqamətində daha çox addımlar atmalıyıq və bu qanun mühüm addımlardan biri olardı deyib. Millət vəkili Qənirə Paşayeva eyni zamanda 18 yaşına çatmayan uşaqlara və gənclərə siqaretin satışının qanunvericiliklə qadağan edilməsinə baxmayaraq, hələ də ictimai yerlərdə18 yaşına çatmayan uşaqlara və gənclərə siqaretin satılmasının ciddi narahatlıq yaratdığını deyib:”Ona görə hesab edirəm ki, yerlərdə18 yaşına çatmayan uşaqlara və gənclərə siqaretin satışı ilə bağlı qanunvericilikdə nəzərdə tutulan müddəanın icrası məsələsi öz həllini tapmalı və bununla bağlı məsuliyyət də gücləndirilməlidirr” – deyə, Q.Paşayeva vurğulayıb. Millət vəkili sonda sözlərinəəlavə edib ki, gələcəyimizin sağlam böyüməsi üçün bu qanunun icrası və ciddi maarifləndirmə tədbirlərinin aparılması həddindən artıq vacib məsələdir.