Qadın hərbçilərimiz – (FOTOLAR)

HH

Onlar hərbi xidmətlərə könüllü daxil ola və qəbul edilə bilərlər.

Hazırda Azərbaycan Silahlı Qüvvələrində zabit, gizir, çavuş və əsgər vəzifələrində təqribən 1000 nəfərə yaxın qadın hərbi qulluqçu xidmət edir.

XALQ.AZ xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

Onun sözlərinə görə, qadınların hərbi xidmət keçməsi “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə tənzimlənir və könüllü surətdə həyata keçirilir.

Qeyd edək ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 26-cı maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşları və digər şəxslər aşağıdakı hərbi xidmətlərə könüllü daxil ola və qəbul edilə bilərlər:

  • əsgərlərin, matrosların və çavuşların müddətdən artıq həqiqi hərbi xidmətinə – qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlərdən, gizirlərdən və miçmanlardan başqa), habelə 19 yaşından 40 yaşınadək qadınlar;

  • gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə – azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlərdən başqa), habelə 19 yaşından 40 yaşınadək qadınlar;

  • zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar. (Trend)

HH

 

H-2

H-3

H-4

H-6

H-5

H-7

H-8