Qadınlar kişilərdən bioloji olaraq daha güclüdür

Danimarkalı mütəxəssislərin araşdırmalarına görə qıtlıq, kriz vaxtlarında kişilərə nisbətən qadınlar daha uzun yaşayır.

XALQ.AZ  xəbər verir ki, Cənub Danimarka Universitetinin araşdırmasında bu çətin anlardakı qadın və kişilərin ölümü qarşılaşdırılıb.

İrlandada 1845 və 1849-cu illəri arasında yaşanan kartof qıtlığı zamanı yaşam mücadiləsi kişilərdə 18,17-yə, qadınlarda isə 22,4-ə düşüb.

İsveçdə 1772-1773-cü illər arasında və Ukraynada 1933-cü ildə milyonlarla insanın ölümünə səbəb olan qıtlıq fəlakətləri sırasında da oxşar vəziyyət görülüb.

Epidemioloji professoru Virginia Zarulli ölüm hallarının çox olduğu bu vaxtlarda fərqlilik gözləmədiyini deyib:

“Qıtlıq zamanlarında yeni dünyaya gələn qız uşaqlarının oğlan uşaqlarına nisbətən həyatda qalmağa daha meyilli olmaları çox təəccüblüdür.”

Araşdırmada tək istisna olan Trinidadda yaşanan qul ticarəti olub. Kişilər bu vaxtda qadınlara nisbətən daha uzun yaşayıb. Araşdırmacılara görə kişi qulların qadınlara nisbətən daha dəyərli olduğunu fikirləşən qul tacirləri kişiləri həyatda saxlamaq üçün çox çalışıblar.

Araşdırmalarda qadınların kişilərdən bioloji olaraq daha güclü olduğu diqqət çəkib.
Qadınlar uşaq dünyaya gətirmək üçün 9 ay həyatda qalmaq mücadiləsi edərkən immunitetləri də güclənir. Qadınlar iki X xromozomuna, kişilər isə sadəcə bir X xromozomuna sahibdirlər.

Oxford Universitetində psixoloq Robin Dunbara görə buna səbəb kişilərin daha həssas olmasıdır.

“Qadınlar kişilərə nisbətən qərarlıdır. Kişilər isə iş çətinləşdikdə daha tez imtina edirlər.”

 

 

Elgün

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.