“Qarabağ” belə qalib oldu-Fotolar

 

Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçlarına start verilib.

Azərbaycan futbolu tarixində ilk dəfə ölkəmiz bu raundda təmsil olunub. Ardıcıl 4 dəfə ölkə çempionu olan “Qarabağ” qitənin ən nüfuzlu klub turnirində qrupa düşmək uğrunda mübarizədə “Kopenhagen”lə görüşüb. Danimarka təmsilçisi ilə ilk matç Bakıda baş tutub.

Çempionlar Liqasının himninin ilk dəfə ölkəmizdə səslənməsi ilə başlayan qarşılaşmanın taleyini 1 qol həll edib. İlk yarıda hesabı açan Mahir Mədətov Tofiq Bəhramov adına Respublika stadionunun tribunalarını dolduran azarkeşləri sevindirib. Bu qol Azərbaycan çempionuna 1:0 hesablı qələbə qazandırıb.

Qeyd edək ki, “Qarabağ”la “Kopenhagen” arasında cavab oyunu avqustun 23-də keçiriləcək. Cütün qalibi Çempionlar Liqası, məğlub komanda Avropa Liqasının qrupunda oynayacaq.

 

“Qarabağ” (Azərbaycan) – “Kopenhagen” (Danimarka) – 1:0

Qol: Mahr Mədətov, 25

 

 

 

 Musavat.com

Scroll to top