“Qarabağ” Milanda (FOTO)

Qarabaq

“Qarabağ” klubu artıq İtaliyadadı.

XALQ.AZ-ın məlumatına görə, Avropa Liqasının qrup mərhələsi çərçivəsində “İnter”in qonağı olacaq Ağdam klubu artıq Milan şəhərinə çatıb.

Saat 12.00-da Bakını tərk edən “Qarabağ” 5,5 saatlıq uçuşdan sonra Milana enib və qalacağı otelə yollanıb.

Sabah Qurban Qurbanovun yetirmələri İtaliyada ilk məşqinə çıxacaq.

Qeyd edək ki, “İnter” – “Qarabağ” oyunu Oktyabrın 2-də saat 00:05-də baş tutacaq.

Qarabaq