“Qartallar”ın üzü güldü

Futbol-2

Futbol üzrə Türkiyə Superliqasında 3-cü tura yekun vurulub.

XALQ.AZ-ın məlumatına görə, sonuncu oyun günündə iki qarşılaşma keçirilib.

“İstanbul Başakşəhər” öz meydanında “Trabzonspor”u qəbul edib. Oyunda ilk sevinən tərəf də elə ev sahibləri olub. Lakin matçın son dəqiqələrində trabzonluların vurduğu qol oyunda hesaba bərabərlik gətirib – 1:1.

Günün daha bir maraqlı görüşü isə “Beşiktaş” klubu ilə “Bursaspor” arasında baş tutub. “Qartallar” səfərdə “Bursaspor”u 1:0 hesabı ilə məğlub edib. Oyunun qəhrəmanı Olcay Şahan olub.

Türkiyə Super Liqası, 3-cü tur:

19 sentyabr
Əskişəhərrspor – Gənclərbirliyi 0:2
Qollar: Uğur Çiftçi, 31. Stanku, 86.

20 sentyabr
Ərciyəsspor – Akhisar 1:2
Qollar: Ahmet Alkılıç, 33 – Gekas, 53; 90.

Balıkəsirspor – Qalatasaray 2:0
Qollar: Sercan Yıldırım, 22. Gökhan Ünal, 44.

Mersin İY – Rizəspor 2:0
Qollar: Servet Çetin, 13. Sinan Kaloğlu, 82.

21 sentyabr
Kasımpaşa – Karabükspor 2:1
Qollar: Viudes, 38-pen. Halil Çolak, 88 – Kumbela, 18.

Sivasspor – Konyaspor 0:0

Fənərbaxça – Qaziantepspor 1:0
Qol: Emre Belözoğlu, 82-pen.

22 sentyabr
İstanbul Başakşəhər – Trabzonspor 1:1
Qollar: Qol: Viska, 47 – Kardoso, 90-pen.

Bursaspor – Beşiktaş 0:1
Olcay Şahan, 87.