Qaxda meşələri məhv edirlər

25

 

 

Redaksiyamıza yeni daxil olan məlumatlarda Qax meşələrinin sistematik olaraq qırılması barədə həyəcan siqnalları öz əksini tapır. Bildirilir ki, rayon ərazisində meşələrin davamlı olaraq vəhşicəsinə qırılması yerli ictimaiyyəti ciddi narahat edir. Bu barədə konkret faktlar redaksiyamıza daxil olan həyəcan və hiddət dolu şikayət məktublarında öz əksini tapmaqdadır. Təqdim olunan bütün məlumatlarda birmənalı şəkildə göstərilir ki, meşələrin bu acınacaqlı vəziyyətinə görə əsas məsuliyyəti Qax Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru daşıyır. Qeyd olunur ki, məhz müəssənin  nəticəsində Qax  rayonu ərazisində yerləşən meşələr ağac emalı müəssisələri üçün əsil xammal bazasına çevrilmişdir. Məlum olduğu kimi Qax həm də səfalı təbiəti ilə turizmin inkişaf etdirilməsi üçün əlverişli şəraitə malikdir. Lakin bu həm də istirahət mərkəzi kimi pərdələnmiş müxtəlif şübhəli əyləncə mərkəzləri təsis edən işbazlar üçün cəlbedici bir məqamdır. Təbii ki, müvafiq konsepsiya və qaydalara uyğun, ölkə qanunlarını pozmadan həyata keçirilən fəaliyyət növləri belələri üçün maraqsızdır. Belə olduğu halda isə həmin şəxsləri qaranlıq işlərinə məhz  korrupsioner məmurlar yarayırlar. Bu günlərdə redaksiyamıza daxil olmuş və Qax  rayon sakinlərini təmsil edən bir qrup vətəndaş tərəfindən imzalanmış növbəti şikayət məktubu da həmin fikri təsdiq edir. Belə ki, məktubda Qax meşələrinin qeyri-qanuni qırılmasına dair iddialarla yanaşı,bu işəbirbaşa  rayon icra başçısı Musa Şəkiliyevin himayədarlıq edir sakinlər icra başçısının fəaliyyətindən də narazılqı edirlər. Belə ki rayon rəhbərliyi vətəndaşların qəbul keçirmir.Ərizədə bildirilir ki, meşələrdə qırılan ağacların gün ərzində gizlədilməsi və sonrakı nəqlinin təşkili üçün xüsusi baza tipli məkanlar yaradılmışdır. Belə bazalardan birinin də rayon ərazisində  yerləşdiyi qeyd olunur. Bütün bunlarla yanaşı, rayondakı hektarla meşə sahələri saxta sənədlərlə ayrı-ayrı imkanlı şəxslərə satılır…Almaqda davam etiyimiz məlumatlarda bu da bildirilir ki, Qax Meşə Mühafizəsi və Bərpası Müəssisəsində törədilən bütün bu və digər yaramazlıqlar barədə dəfələrlə müxtəlif instansiyalara, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə vətəndaşlar tərəfindən çoxsaylı şıkayətlər ünvanlansa da, nazirlik hələ də daxil olan həyəcan siqnallarına lazımi reaksiyanı vermir.

 

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq