Qaydaları pozan marşrut sürücüsü işdən qovuldu

Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozan marşrut avtobusunun sürücüsü işdən qovulub.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mais Ağayev deyib. M.Ağayevin sözlərinə görə, bu gün Bakı Nəqliyyat Agentliyinə 11 nömrəli marşrut xətti üzrə hərəkət edən 10 TG 111 DQN-lı sərnişin avtobusu ilə bağlı videogörüntü təqdim edilib. Müəyyən edilib ki, sürücü avtobusu yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq yolun əks istiqaməti üzrə idarə edib.

Həmin görüntü əsasında dərhal araşdırma aparılıb və 11 nömrəli müntəzəm marşrut xətti üzrə faəliyyət göstərən daşıyıcı Bakı Nəqliyyat Agentliyinə çağrılıb. Bakı Nəqliyyat Agentliyinin göstərişi əsasında sərnişindaşıma, təhlükəsizlik və yol hərəkəti qayadalarını kobud şəkildə pozan sürücü İsmayılov Əleysər Ələsgər oğlu daşıyıcı tərəfindən işdən azad edilib. Bununla yanaşı daşıyıcıya analoji halın digər sürücülər tərəfindən təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsi tapşırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.