Qırmızı rəngli iPhone 8 satılacaq

“Apple” korporasiyası qırmızı rəngli korpusla təchiz edilmiş “iPhone 8” smartfonunu təqdim edib.

XALQ,AZ xəbər verir ki,  “iPhone” smartfonunun yeni versiyası xeyriyyə kampaniyası (“RED”) çərçivəsində yaradılıb, buna görə xüsusi versiyanın satışından əldə ediləcək vəsaitin bir hissəsi QİÇS-lə Mübarizə üzrə Qlobal Fonda köçürüləcək.

Yalnız “iPhone 8” və “8 Plus” smartfonları (64 və 256 QB-lıq versiyalar) qırmızı rəngli korpusda əlçatandır. “iPhone X” qırmızı rəngli korpusda təqdim edilməyəcək.

13 apreldən etibarən smartfonun satışına başlanacaq. Qiyməti 700 dollardan başlayır.
Xatırladaq ki, 2017-ci ilin martında “Apple” korporasiyası “iPhone 7” smartfonunun qırmızı versiyasını təqdim etmişdi.

 

 

Elgün