Qız yataqxanasında təcavüz iddiası

Tecavuz

Türkiyənin İzmir şəhərində tələbə yataqxanalarından birinin sahibi qızlarla cinsi münasibətdə olduğu üçün ötən gün həbs edilib.

XALQ.AZ-ın məlumatına görə, İzmirin Qaziəmir rayonunda özəl tələbə yataqxanalarından birinin sahibi, 46 yaşlı A.B.-nin orada qalan qızlardan biri ilə cinsi münasibətdə olduğu üzə çıxıb.

Məsələnin üzə çıxmasında qızın rolu olub. O, A.B.-nin ona qarşı etdiyi hərəkətlərdən bezərək, ailəsinə xəbər verib.

Hadisədən xəbər tutan ailəsi isə dərhal qızlarını yataqxanadan çıxarıb, yataqxana sahibini isə polisə şikayət ediblər.

Şikayət ilə bağlı hadisə yerinə gələn polis, araşdırma və izahatlardan sonra şəxsin təqsirli olduğunu sübut edərək, axşam saatlarında həbs ediblər.